Bakı və Təbriz arasında avtomobil yarışları təşkil edilə bilər

Bakı və Təbriz arasında avtomobil yarışları təşkil edilə bilər
Avqustun 14-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov İranın Turlar və Avtomobil Nəqliyyatı Təşkilatının prezidenti Morteza Hacının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, İranın nümayəndə heyəti İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin ticarət attaşesi Məhəmməd İbrahimi və digər nümayəndələrdən ibarət olub.

Görüş zamanı hər iki ölkədə turizm təqdimatlarının keçirilməsi, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakı və Təbriz arasında avtomobil yarışlarının təşkili, sərhəd keçmə prosedurlarının asanlaşdırılması, sağlamlıq turizmi sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, Turlar və Avtomobil Nəqliyyatı Təşkilatı İranda avtomobil nəqliyyatı ilə səyahətlərin təşkilinə və nəqliyyat vasitələrinə müvafiq icazələrin rəsmiləşdirilməsinə cavabdeh qurumdur.

Ulus.Az



Oxunub: 996



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]