Politoloq eks-nazirin qardaşına: “Ramil Azərbaycanı talayan qohum-əqrəbandan şərəflidir”

 “Ramil Azərbaycanı talayan qohum-əqrəbandan şərəflidir”
“Vətəni tərk edən şərəfsizdir" deyənin diqqətinə! Ramil Quliyev Səndən və Azərbaycanı soyub-talayan və pullarını xarici banklarda yerləşdirən qohum-əqrəbandan min dəfə şərəfli insandır”

Ulus.Az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu sabiq deputat Elton Məmmədova cavabında Feysbukda yazıb.

Ekspert keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ölkəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirmiş qardaşı E.Məmmədovun sözlərinə ağır şəkildə cavab verib:

“Ramil başqa ölkədə yaşadığı və başqa ölkənin millisini təmsil etdiyi halda Azərbaycanın adını və bayrağını ucaltdı, şərəfləndirdi”.

Qeyd edək ki, keçmiş deputat, eks-nazirin qardaşı ölkəni tərk edənləri şərəfsiz adlandırmışdı. Türkiyə millisinin heyətində çıxış edən atlet Ramil Quliyevin dünya çempionu olmasını yada salan E.Şahinoğlu Məmmədovlara bir mesaj vermiş olub.

Ulus.Az



Oxunub: 399



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]