Surət Hüseynovun cangüdəninə sui-qəsd edən kimdir?

Surət Hüseynovun cangüdəninə sui-qəsd edən kimdir?
Hollandiyalı prokuror Surət Hüseynovun keçmiş cangüdəni Polad Məmmədova Vestervoort şəhərində sui-qəsd təşkil etmiş şəxsə 30 aylıq həbs cəzası istəyib

2001-ci ildə Azərbaycanda Niderlanda köçmüş müttəhimin adı açıqlanmır. İstintaq bıçaqlanma hadisəsinin səbəbini müəyyən edə bilməyib.

48 yaşlı Polad Məmmədov məhkəmədə ifadəsində bildirib ki, ona hücum edən şəxsi tanımır və bu ona qarşı edilmiş ilk sui-qəsd deyil. Təqsirləndirilən şəxs isə, əksinə, Polad Məmmədovun ona hücum etdiyini deyib. “Siqaret çəkirdim, mənə yaxınlaşdı. Nəyə görə mübahisə etdiyimizi xatırlamıram, lakin qorxdum və özümü müdafiə etdim”, - o bildirib. Hollandiya polisinin məlumatına əsasən, həmin gecə təqsirləndirilən şəxs alkohol və yüngül narkotik maddənin təsiri altında olub.

Təqsirləndirilənin vəkili bunun özünümüdafiə olduğunu qeyd edib.

“Müvəkkilim özündə güclü və bir vaxtlar cangüdən işləmiş şəxs tərəfindən hücuma məruz qalıb. Müştərimin başqa çıxış yolu qalmayıb, müdafiə olunub. O ki qaldı hadisənin siyasi motivlərinə, mənə belə gəlir ki, zərərçəkmiş paranoyyadan və əsəb pozğunluğundan əziyyət çəkir. Onun versiyasının heç bir əsası yoxdur”, - vəkil bildirib.

Ulus.Az



Oxunub: 262



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]