“Lütfi Zadə Əli Həsənovun nəvəsini gündəmdən çıxartdı” - Aslan İsmayılov

“Lütfi Zadə Əli Həsənovun nəvəsini gündəmdən çıxartdı”
“Təsadüfən, ya bilərəkdən Lütfi Zadə məsələsi Əli Həsənovun nəvəsinin törətdiyi cinayəti və onunla bağlı olan problemləri gündəmdən çıxartdı”

Ulus.Az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İmsayılov Feysbuda yazıb. Onun sözlərinə görə, bu azmış kimi bəzi təyinatlı deputatlar bu azğınlıqdan, onu törədən səbəblərdən yazanları kampaniya təşkil etməkdə ittiham etdi, 69 yaşlı Əli Həsənovdan mələk düzəltməyə başladılar: “Başa düşürəm ki, Azərbaycanda vəzifə, mandat insanı hər şeyə vadar edir. Ancaq bu qədər də vicdansızlıq olmaz.

Mənim Əli Kərimli və onun partiyadaşları ilə xoş olmayan münasibətimi çoxları bilir. Ancaq onun oğlunun yaşam tərzini Əli Həsənovun nəvəsi ilə müqayisə etmək lap vicdansızlıqdır. Bilmirəm bu kampaniyadır ya yox, ancaq bir vətəndaş kimi bu azğınlıq barədə ən çox yazanlardan biri də mən olmuşam. “Bu kampaniyanı təşkil edənlərin var dövləti nə təmizliyinə, nə də həcminə görə ittiham etdiklərininkindən təmiz və az deyil" fikrini yürüdəndən xahiş edərdim ki, təşkil etsin, canlı yayımda Əli Həsənov və mən var dövlətimizin mənbəyini göstərək. Bəlkə həqiqətən ömründə bircə dəfə düz danışıb”.

Ulus.Az



Oxunub: 482



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]