Ermənistan prezidenti fövqəladə iclas çağırmağa məcbur oldu

Ermənistan prezidenti fövqəladə iclas çağırmağa məcbur oldu
Bu gün səhər Ermənistan prezidenti Serj Sarkisyan fövqəladə iclas çağırıb

Toplantı avqustun 10-dan etibarən ölkənin iki bölgəsində davam edən yanğınlarla əlaqədardır.

Vəziyyətin müzakirəsinə, yanğının söndürülməsi yollarına, həmçinin yaranmış ekoloji fəlakətə həsr olunmuş iclasda müvafiq qurumların rəsmiləri iştirak edir.

Ermənistanın fövqəladə hallar naziri David Tonoyan yanğının davam etdiyi Xosrov qoruğundakı, həmçinin Vayotsdzor vilayətindəki vəziyyətlə bağlı S.Sarkisyana məruzə edib.

Vayotsdzor vilayətindəki yanğın 10 avqustdan, Xosrov meşəsindəki yanğın isə avqustun 12-dən başlayıb və artıq 220 hektarı əhatə edib.

Rusiyadan köməyə gəlmiş “İL-76” təyyarəsi artıq yanğını söndürmək üçün iki uçuş həyata keçirib.

Ulus.Az



Oxunub: 271



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]