“Oğru obşak”ı uğrunda böyük “müharibə”: Azərbaycanlı və erməni “oğru” miras savaşına başladı

 Azərbaycanlı və erməni “oğru” miras savaşına başladı
Rusiya kriminal aləminin “xaç atası" olmağa iddialı, adı Rövşən Lənkəranskinin qətlində hallanan Kürd Şakro ləqəbli Zaxari Kalaşovun mirası mübahisə mövzusudur

Bu yaxınlarda həbsdən çıxan 48 yaşlı Eduard Asatryan Ded Xasanın mirasına iddialı olduğunu ortaya qoyub. Bunu isə 2012-ci ilə qədər Ded Xasanın "sağ əli" olması ilə əsaslandırır. Ancaq kriminal sahə eksperləri hesab edir ki, Ded Xasanın mirasının Asatryana çatma ehtimalı azdır. Çünki ortada başqa "oyunçu"lar var və onlar nüfuzuna görə Asatryandan heç də geri qalmırlar.

Asatryan həbsdən çıxdıqdan sonra məsələ təkrar gündəmə gəlib və mübahisələr yaradıb. Çelyabinskdə cəza çəkən "qanuni oğru" həbsdən çıxan kimi dərhal mirasa iddiasını ortaya qoyub. Ancaq ona qarşı artıq cəbhə formalaşıb. Özü həbsdə olanda dəbdəbəli həyatı ilə tanınan oğlu, ən gənc "qanuni oğru" kimi tanınan Sergey Asatryanın (Sergey Bentli) statusu ləğv edilib.

3 avqustda həbsdən çıxan ata indi həm miras sahibi olmaq istəyir, həm də oğlunun alınan statusunun bərpasına çalışır. Məlumata görə, ata Asatryan Dağıstana yeni pasport almaq üçün gedib.

Ancaq kriminal aləmdə Ata Asatryana opponentlər də az deyil. Baxmayaraq ki, Asatryan Tbilisdən olan ermənilər arasında ən tanınmış "oğru" statusunu hələ də qoruyub saxlayır, ona qarşı olanlar da var. Bəziləri iddia edir ki, Asatryan heç də dediyi kimi Ded Xasanın "sağ əli" olmayıb. Əksinə ona qarşı çıxanların tərəfində yer alıb. O, zaman-zaman Tariel Oniani, Merab Cvanqveladze, Bədri Koquaşvili kimi "oğru"larla bağlı məsələlərdə mövqeyini ortaya qoyub. Ded Xasan həbs edildikdən sonra isə ata Asatryan təşəbbüsü ələ almağa çalışıb və mübarizədə Piquç, Voksres, Miron kimi "oğru"larla qarşı-qarşıya gəlib.

“Obşak"ı əlində saxlayan Vasya Voskreslə mübarizəyə başlayıb və onun işindən narazılıqlarını dilə gətirib. Razılaşdırılmayan qaydada paralel mühasibat işi aparıb və "obşak"da külli miqdarda çatışmazlıq aşkarlayıb. Bundan sonra bütün nəzarəti öz əlində cəmləşdirmək iddiasını açıq ortaya qoyub. O, bütün Rusiya üzrə "obşaka"a nəzarət və onun bölüşdürülməsini əlinə almaq istəyib. Ancaq bu reallaşdırılması o qədər də asan olan plan deyil.

2014-cü ildə 2 apreldə Asatryan Vasya Voskresi görüşə çağırıb. "Köhnə fayton" restoranına təyin edilən görüş yeri təsadüfi seçilməyib. Bu restoran Ded Xasanın iqamətgahı kimi tanınıb. Və Ded Xasan məhz orda snayper gülləsi ilə öldürülüb.

Voskresin yerinə restorana Rusiya polisi gəlib. Həmin zaman Asatryanla bərabər restoranda daha 7 "qanuni oğru" olub. Onlardan 3 nəfərində Elqoca Turkadze, Vladimir Ozerski və İlqar Əliyevdən heroin götürülüb.

4 ay sonra Asatryan saxlanılıb və 3 il azadlıqdan məhrum edilib. O, həbsdə olduğu müddətdə Kürd Şakro həbsini başa vurub və İspaniyadan Rusiyaya qayıdıb. Kürd Şakronun mövqeləri o qədər güclü olub ki, Asatryan hətta azadlıqda olanda belə həbsdəki "oğru"nun mövqelərini zəiflədə bilməyib.

Hazırda kriminal aləmdə Asatryanın düşmənləri dostlarından daha çoxdur. Onların arasında Voskres, Miron, Vaqif Sülymanov (Vaqif Bakinski), Qela və Qizo Kardava qardaşları, Valeri Farizov, Qadi Kalonyan, Qoqi Piterski, Niko Dqebuadze də var. Hətta 2013-cü ildə Asatryan və oğlunun "sxodka"da döyüldüyü də bildirilir. 2014-cü ilin avqustunda isə Asatryan həbs olunandan sonra daha bir xoşagəlməz vəziyyətlə üzləşib. Həbsxnaya aparılan Asatryanı orda azərbaycanlı “oğru” Vaqif Bakinskinin “proqon”u gözləyib. Bakinski "Edik ona aid bir sıra məsələlərə görə artıq "oğru" hesab edilməsin" deyə bildirib. Ancaq Asatryan nüfuzundan istifadə edərək "proqon"un ləğvinə nail olub. Asatryanın "oğru" statusunun saxlanmasına 10 "oğru" razılıq verib. Lakin görünür, bu, ona Ded Xasanın mirasını almaq üçün kifayət etməyəcək.

Ulus.Az



Oxunub: 349



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]