Petrol ölkəsində inqilabi strategiya: Hakimiyyət qeyri-neft sektorunu necə diriltdi? - ÖZƏL

Hakimiyyət qeyri-neft sektorunu necə diriltdi?
Bütün hallarda Azərbaycan neft-qaz ölkəsi olaraq qalır. Lakin hələlik. Hələlik ona görə ki, artıq neçə ildir ölkə iqtisadiyyatı qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafına köklənmiş, başqa sözlə, iqtisadiyyatımızın güvənliyinin ağırlığı bu sahənin çiyninə düşüb

Bu sətirlər Ulus.Az-ın İqtisadiyyat Şöbəsinin aqrar sektor üzrə ekspertinə məxsusdur.
Onun fikrincə, ölkəmizdə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı üzrə dövlət proqramlarının qəbul olunması yeni deyil.

Bundan əvvəl üzümçülük və pambıqçılıqla bağlı dövlət proqramlarının qəbulu, taxılçılığın və heyvandarlığın inkişafı istiqamətində mühüm görülməsini qeyd etmək yerinə düşər.

Prezident qeyri-neft sektorunun vacib və aparıcı sahəsi kimi bütünlükdə kənd təsərrüfatının inkişafında maraqlı və bu marağın təmin edilməsi üçün qərarında israrlıdır.
Bu gün Azərbaycanın aqrar sektorunun qarşısında təkcə ərzağa olan daxili tələbatı yerli istehsal hesabına ödəmək yox, həmçinin ölkənin ixracatında kənd təsərrüfatı məhsullarının çəkisini artırmaq kimi ciddi vəzifə durur.

Diqqətçəkən haldır ki, həmin vəzifə ilbəil daha uğurla icra olunur. Cəmi 10-15 il əvvəl əksər kənd təsərrüfatı, o cümlədən ərzaq məhsullarını xaricdən alan Azərbaycan indi nəinki bu anormal balansı öz xeyrinə dəyişib, hətta o vaxt idxal etdiyi məhsulları özü ixrac etməyə başlayıb. İndi bizdə çox az alıcı tapılar ki, öz meyvə, tərəvəz, süd və ət məhsullarımızı qoyub xaricdən gətirilənlərə üstünlük versin.

Bəlkə də kimin üçünsə adi görünən bu mənzərə, əslində, çox da uzun olmayan bir dövrdə görülmüş işlərin nəticəsidir.

Bu baxımdan heç kəsin dağılmış kolxoz və sovxozların yerində qısa müddətə yaranan fərdi təsərrüfatların uğurunu sıradan bir fakt kimi qəbul etməyə haqqı yoxdur.

Ulus.Az-ın İqtisadiyyat Şöbəsi xəbər verir ki, fermerlər bütün vergilərdən azaddırlar. Ölkəmizə xüsusən son illər ərzində ən müasir texnika alınıb gətirilir. Azərbaycan dövləti bu məqsədlər üçün yüz milyonlarla vəsait ayırır.

Sahibkarlara 2 milyard manat səviyyəsində güzəştli şərtlərlə kreditlər verilir, onların da böyük əksəriyyəti fermerlərin işini yüngülləşdirmək üçün kəndlərə gedir.

Hökumət azad iqtisadi münasibətlərə, rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də nəzərdən qaçırmır.

Dövlət başçısının sosial-iqtisadi siyasətinin əsasında dayanan prinsiplərdən biri də respublikanın ümumi inkişafı şəraitində sosial cəhətdən həssas qruplardan olan insanların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasıdır. Bu amili son illərin dövlət büdcəsinə nəzər salarkən aydın şəkildə görmək olar.

Məlumat üçün bildirək ki, 2017-ci ilin dövlət büdcəsinin 40,3 faizinin məhz sosialyönümlü xərclər təşkil etməsi sosial sahənin, o cümlədən sosial müdafiənin təmin edilməsinin ölkə rəhbərinin daim diqqət mərkəzində olduğunu təsdiq edir.

Bütövlükdə, 2004-cü ildən bu günə qədər 1 milyon yarım iş yeri açılmışdır ki, bunun böyük əksəriyyəti daimi iş yeridir.

Demək olar ki, hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil yoxdur. İşsizlik 5 faiz səviyyəsindədir. Bu gün işləmək istəyən özü üçün iş tapa bilər.

Son iki il ərzində xüsusilə kənd təsərrüfatı, sənaye sahələrində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək.

Ulus.Az



Oxunub: 3820



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]