Elmar Vəliyevlə əlaltıları vətəndaşın mülkünü yerlə-yeksan ediblər - Video

Elmar Vəliyevlə əlaltıları vətəndaşın mülkünü yerlə-yeksan ediblər
“Mən Əliyeva İndiana Qəşəm qızı Gəncə Şəhər Nizami rayon icra başçısı Nizami Hacıyevin sərəncamı ilə 8 noyabr 2016-cı ildə 4.400 AZN ödəyərək torpaq sahəsi almışam”.

Ulus.Az-a göndərilən şikayət məktubunun müəllifi belə yazır.
İ.Əliyeva qeyd edir ki, torpaq adına sənədləşdirildikdən bir neçə gün sonra həmin ərazinin başqa vətəndaşa da saxta sənədlə satıldığı məlum olub.

Xanım bildirir ki, 2006-cı ildə ailə quru və 10 ildir kirayə yaşayır: “İki azyaşlı övladım var. Biri 7, biri isə 5 yaşındadır. Kiçik övladım xəstədir və yeni əməliyyat olunub.

27.07.2017-ci il tarixində övladımın əməliyyat olması səbəbi ilə Bakıda olduğum müddətdə səhər saat 6-7 radələrində heç bir xəbərdarlıq edilmədən Gəncənin icra başçısı Elmar Vəliyevin əlaltısı Məharət Mustafayevin və Gəncə şəhər Nizami rayonu icra başçısı Nizami Hacıyevin tamahkarliği ilə həmin 4 sot torpaq sahəsinin hasarı özbaşınalıq göstərilərək sökülüb”.

Ulus.Az-ın verdiyi xəbərdə deyilir ki, E.Vəliyev və əlaltılarının vətəndaşların mülkiyyətini qəsb etməsi ilk hal deyil.

İ.Əliyeva deyir ki, dəfələrlə səbəbini öyrənmək üçün Nizami Hacıyevin qəbuluna getsə də, onun vətəndaşları qəbul etməyə vaxtı yoxdur:

“Hasarı yenidən tikdirdim və yenə də bir müddət sonra eyni hal təkrar oldu. Adlarını qeyd etdiyim şəxslər heç bir xəbərdarlıq göstərmədən hasarımı sökdülər.

Qeyd edim ki, həmin sahənin tikilməsinə təxmini 5000AZN xərcimiz çıxıb. Bu hal Gəncədə ilk dəfə deyil və tez-tez vətəndaşlara məxsus torpaqların hasarları qanunsuz və xəbərdarlıqsız sökülərək saxta sənədlərlə başqalarına satılır”.
Vətəndaş prezidentdən, 1-ci vitse prezidentdən kömək gözləyir.



Ulus.Az



Oxunub: 1470



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]