DİN-nin Tibb İdarəsində ayda 500 manat maaşı olan 10 vakant vəzifə var - İşləmək istəyənlər üçün şərtlər

DİN-nin Tibb İdarəsində ayda 500 manat maaşı olan 10 vakant vəzifə var
Daxili İşlər Nazirliyi Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində vakant olan 10 (on) həkim vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirillib ki, DİN-nin Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində 1 həkim-endokrinoloq, 1 həkim-laborant, 2 həkim-pulmanoloq, 1 həkim-ginekoloq, 1 həkim-terapevt, 1 həkim-uroloq, 1 həkim-otolorinqoloq, 1 həkim-psixonevroloq və 1 həkim-psixiatr, ümumilikdə vakant olan 10 vəzifə üzrə xidmətə qəbulla bağlı elan olunmuş müsabiqədə dövlət ali təhsil müəssisələrində müvafiq ixtisasla təhsil almış, tibb və təhsil müəssisələrində rezidentura keçmiş, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci il avqust ayının 15-dən sentyabr ayının 15-dək http://www.mia.gov.az/index.php?/az/content/29875 ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin internet [email protected] ünvanına göndərməlidirlər.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Şəxsiyyət vəsiqəsi;

- Ali təhsil haqqında diplom;

- Hərbi bilet (kişilər üçün);

- Əmək kitabçasının surəti.


Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək ilkin olaraq 500 manat aylıq təminat xərcliyi, eləcə də göstərdiyi pullu xidmətə görə əlavə pul vəsaiti ödəniləcək, habelə onların qanunvericiliklə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

(012) 590-20-59

(012) 590-20-94


Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi"

Ulus.Az



Oxunub: 1619



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]