İki nazir və bir komitə sədrindən prezidentə idman xəyanəti - Sensasion faktlar

İki nazir və bir komitə sədrindən prezidentə idman xəyanəti
Azərbaycan dövləti idmana yüksək səviyyədə qayğı göstərir

Ulus.Az-ın araşdırmalarına görə,
prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin rəhbəri olduğu vaxtdan prezident seçildiyi tarixə qədər və bu günə kimi idmana dəstək verib.

Ölkənin qazandığı nailiyyətlər, Avropa Oyunları, İslamiada, Formula-1 yarışları və s. turnirlər, olimpiyadalarda əldə olunan nəticələr, futbol klublarımızın avrokubok yarışlarında göstərdiyi uğurlar göz qabağındadır. Lakin bəzi məmurların fəaliyyəti ölkənin adını batırmaqla fərqlənir.

Son illərdə vergilər naziri Fazil Məmmədovla gənclər və idman naziri Azad Rəhimovun dövlətin idman siyasətinə vurduğu zərbəni heç kim vurmayıb. Hər iki nazirin apardığı siyasət ölkənin güləş və atletika idman sahələrinə ciddi şəkildə mənfi təsirlərini göstərməkdədir.

Güləş federasiyasının prezidenti olan F.Məmmədov güləşçilərin maaşını verməməklə, A.Rəhimov isə Türkiyəni təmsil edən atlet Ramil Quliyevi bir vaxtlar hədələyib, ölkədən küsdürüb getməsinə səbəb olmaqla Azərbaycanın adını batırmaqdadırlar. Ölkə başçısı İlham Əliyevin bütün sahələrdə olduğu kimi, idman sahəsinə böyük diqqət yetirir.

Amma təəssüflər olsun ki, prezident İlham Əliyevin qayğısı ilə Azərbaycanda dünya səviyyəli idmançıların yetişməsinə baxmayaraq, bəzi idmançılarımız bu sahəyə nəzarət edən məmurlar tərəfindən narazı salınır.

Ramil Quliyev Londonda keçirilən dünya çempionatında qızıl medal qazanıb. 200 metrdə dünya çempionu olan Ramil Quliyev çiyninə Azərbaycan bayrağı atıb və bütün dünyaya Azərbaycanlı olduğunu nümayiş etdirib.

R.Quliyev Azərbaycanı təmsil etdiyi idman sahəsində dəfələrlə təmsil etsə də, ona verilən qonarar idmançımızı heç də razı salmayıb.

2010-ci ildə Quliyev Fenerbahçe ilə müqavilə imzalayaraq İstanbula yerləşir. 2011-ci ildə isə o, Türkiyə vətəndaşlığı alır.

İdmançımızın bu qərarı isə Gənclər və idman naziri Azad Rəhimov tərəfindən heç də birmənalı qarşılanmır. Nazir idmançını mövcud beynəlxalq qaydalara əsasən, qarşıdakı 3-4 il ərzində başqa ölkənin bayrağı altında çıxış edə bilməyəcəyi ilə hədələyir.

Ulus.Az-ın araşdırmalarına görə, Azad Rəhimovun bu hədəsi Ramil Quliyevin karyerasına cəmi 3 il təsir göstərsə də, idmaçımızın gücünə təsir göstərə bilmir.

2016-cı ildə Rio Olimpiadasında Qazaxıstan komandasına ilk qızıl medalı qazandıran Nicat Rəhimov da naziri ucbatından ölkədən getmişdi. Azərbaycanda idman sektoruna nəzarət edən məmurlar N.Rəhimov barədə də oxşar açıqlama vermişdilər.

A.Rəhimovdan geri qalmayan vergilər naziri F.Məmmədov da güləşçiləri narazı salmaqda idi. Yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Çunayev, Sərbəst güləş üzrə millinin üzvü Hacı Əliyev və digər onun həmkarları aksiya keçirərək maaşlarını tələb etmişdilər.

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Toğrul Əsgərovun da hazırkı durumdan narazı olduğu dilə gətirilir. Onun bir müddət əvvəl Türkmənistan millisinə keçməsi ilə bağlı da xəbərlər yayılır.

Bu idmançıları məmurlar niyə küsdürüb ölkədən didərgin salırlar? Azərbaycan dövləti onlara dəstək verir, nazirlər niyə təxribatla məşğul olurlar?
Hər iki nazirin son dövrlərdə idmana qayğı adı ilə dövlətə vurduqları zərbə, idmançıları sürgün etmələri, idmançılarımızın prezidentə olan inamını sarsıtmaları göz qabağındadır.

Küsüb ölkəni tərk edən idmançılarımı başqa ölkələrin bayraqları altında yarışır, medallar qazanır, bayraqlarını qaldırırlar. F.Məmmədov isə maaşları gecikdirir, A.Rəhimov R.Quliyevi təhdid edir...

Guya vergi nazirinin əmək haqlarını verməyə pulu yoxdur. Eləcə də GİN-nin bu illərdə gördüyü işlər sıfıra bərabərdir. A.Rəhimovun nazirliyi büdcə pullarını sağa-sola səpələməklə məşğuldur.

Bütün yarışları da oğluna məxsus şirkətlərə həvalə etməsi sirr deyil. Bu haqda faktlarla dolu araşdırmalar təqdim olunub.

Azərbaycan Qılıncoynatma Federasiyasının ofisi bağlanıb. Bunu Federasiyanın vitse-prezidenti Yaşar Məmmədov deyib.

Prosport.az xəbər verib ki, o, federasiyanın prezidenti Nazim İbrahimovun 2 ildən çoxdur ki, maaşları verməməsinə görə, ofisi avqustun 1-dən bağlamalı olub.

Məmmədov qeyd edib ki, artıq onun öz cibindən federasiya işçilərinə və kommunal xərclərə verəcəyi pul yoxdur. Bu üzdən vitse-prezident bu üsula əl atıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olan Nazim İbrahimovun isə Bakıda olmadığı deyilir. O, sentyabrın 1-dək məzuniyyət götürüb.

Gənclər və İdman Nazirliyi, eləcə də Milli Olimpiya Komitəsindən isə deyiblər ki, sentyabradək səbir edin. Nazim İbrahimovla görüş olandan sonra, hər şeyə aydınlıq gələcəyi gözlənilir.

“Ancaq əvvəllər də belə deyildiyini nəzərə alsaq, bu federasiyada “köhnə hamam, köhnə tas”ın davam edəcəyi gün kimi aydındır”, - Y.Məmmədov bildirib.

Ulus.Az



Oxunub: 3129



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]