Masallı savaşı alovlanır: Abıyevlərin daha bir başçını devirmək projesi - Ssenari...

Abıyevlərin daha bir başçını devirmək projesi
Daşkəsənin icra başçısı Əhəd Abıyevin qardaşı Nadir Abıyev Masallının icra hakimi Rafil Hüseynov əleyhinə mediada kampaniya apardığı iddia edilir

Ulus.Az-ın məlumatına görə,
Abıyevlərin uzun zamandır R.Hüseynova qarşı kompromat savaşı şiddətlənib.

Masallının keçmiş icra başçısı Qəzənfər Ağayevi “didərgin” salan və Astaraya “sürgün” edən Abıyevlər rayonu tamamilə götürəcəklərini güman edirdilər.

Amma yuxarılar Masallını Abıyev qardaşlarına təslim etmədi. Ona görə də rayona Rafil Hüseynov adlı şəxs icra başçısı təyin olundu.

O, ilk vaxtlarda müəyyən işlər həyata keçirsə də, sonra ənənəvi olaraq sistemdən irəli gələn səbəblərdən digər həmkarlarından fərqlənmədi. Nəticədə Masallıda ciddi dəyişikliklər müşahidə olunmadı.

Paralel olaraq isə Abıyevlər təzyiq kampaniyasını dayandırmadılar. Q.Ağayevin sələfi R.Hüseynovun da günün ara edən qardaşlar onu da gözdən salmağa çalışırlar.

N.Abıyev icra başçısının müavini işlədiyi vaxtlarda da, sonrakı dövrdə də R..Hüseynova “gün verib, işıq verməyib”. Bu təzyiq kampaniyasının baş ideoloqu isə ucqar Daşkəsəndə taxt-tac salmış Ə.Abıyevdir.

Ulus.Az-ın verdiyi xəbərə görə, Nadir Abıyev vəzifədə olanda gedən prosesləri gizli şəkildə mediaya ötürüb.

Bu fəaliyyətinə görə “Arxadan vurulan zərbə “ filmində Qurd Cəbrayıl obrazının prototipi imicini qazanıb.

Yəni, Masallı RİH-də eyni qazandan yemək, hər gün üz-üzə gəlmək və rəhbərinin üzünə ağ olmaq...

Halbuki, icra başçısı Abıyevlərdən özünü qorumaq üçün mətbuatdakı emissarların minnətçi düşməklə ondan yazmamağı xahiş edə bilib. Ancaq onların əleyhinə iş aparmayıb, hücuma keçməyib. Hərçənd, istəsəydi Abıyevlərin biznesini faş edərdi.

Məsələn, N.Abıyevin Masallıda “İman” istirahət mərkəzi var. İcra başçısı heç vaxt o obyektin fəaliyyətinə süni maneə yaratmayıb. Amma R.Hüseynovun korrupsiya və maxinasiya əməlləri daima mətbuatda tirajlanıb.

Amma Abıyevlər rayon rəhbərinə qarşı kampaniyada onun müavini Nəsir Muxtarlının nurçu olması barədə dezinformasiyalar yaydırır, təbliğat aparır, icra hakimini devirmək üçün bütün resursları səfərbər edirlər.

Görünür ki, Masallı uğrundan savaş qızışıb və bu dəfə kimin qalib çıxacağı maraq doğurur.

Mövzunu diqqətdə saxlayacağıq.


Ulus.Az



Oxunub: 4217



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]