İlham Əliyevin 14 ildə regionları inkişaf proqramı necə icra olunub? - Fakt/Rəqəm

İlham Əliyevin 14 ildə regionları inkişaf proqramı necə icra olunub?
Regionların inkişafı ilə bağlı imzalanan sərəncamlar, həyata keçirilən fundamental proqramlar Prezident İlham Əliyevin real əməli fəaliyyətə söykənən siyasət yürütdüyünü bir daha təsdiqləyir

Bu barədə Ulus.Az-ın İqtisadiyyat Şöbəsinin yazdığı təhlildə qeyd olunur ki,
prezident İlham Əliyevin son 14 ildə həyata keçirdiyi iqtisadi siyasətdə regionların inkişafı mühüm yer tutur.

Bu proqramlarda nəzərdə tutulmuş tədbirlərin uğurla gerçəkləşdirilməsi nəticəsində bölgələr sürətlə inkişaf etdi, respublikamızda sahibkarlıq fəaliyyəti genişləndi.

Ümumilikdə proqramlarda nəzərdə tutulmuş vəzifələrin uğurla başa çatdırılması da hökumətin çevik və işlək fəaliyyətinin göstəricisidir.

Bu istiqamətdə görülən işlərin nəticələrindən danışarkən təkcə onu demək kifayətdir ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə endi. Bu müddət ərzində neftdən əldə edilən vəsait böyük ölçüdə sosial proqramların icrasına yönəldildi.

Ölkəmizdə neftdən asılılıq da ildən-ilə azaldı. Bu gün ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur.

2020-ci ilə qədər isə iqtisadiyyatın neft amilindən asılılığının minimuma endirilməsi, qeyri-neft sektorunun iqtisadiyyatın əsas sahəsinə çevrilməsi hədəf seçilib.

Son 14 il ərzində ölkəmizdə sosial infrastruktur yaradıldı, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, 50-yə yaxın olimpiya idman kompleksi tikildi. Eyni zamanda, sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri açıldı.

Bütövlükdə 2004-cü ildən bu günə qədər 1 milyon yarım iş yeri açıldı və demək olar ki, hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən sosial amil yoxdur.

Ulus.Az-ın İqtisadiyyat Şöbəsinin yazdığı təhlildə qeyd olunur ki, 14 il ərzində düşünülmüş və məqsədyönlü siyasət sayəsində Azərbaycan hökuməti bütün bu problemləri həll etdi.

Təkcə bir misal çəkmək yetərlidir. Bir vaxtlar özünü elektrik enerjisi ilə təmin edə bilməyən Azərbaycan bu gün xaricə də böyük miqdarda enerji ixrac edir və böyük vəsait qazanır.

2004-cü ildən bugünədək, yəni 2017-ci ilə qədər 11 min kilometr yeni yollar - həm magistral, həm də kənd yolları salındı, böyük meliorasiya layihələri icra edildi.

Regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramları həm də yerlərdə infrastrukturun yeniləşdirilməsinə, nəqliyyat-kommunikasiya sisteminin bərpasına, habelə elmi-texniki tərəqqiyə, mədəni yüksəlişə, müasir texnologiyaların tətbiqinə geniş imkanlar açdı.

Regionlarda yeni iş yerlərinin açılması, əhalinin təbii qaz, su, elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması, mədəni-intellektual mühitin formalaşdırılması paytaxta və digər iri şəhərlərə kütləvi axının qarşısını əhəmiyyətli dərəcədə almış oldu.

Regionların ahəngdar inkişafı, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir.

Son illər bu sahədə qəbul olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində mühüm nailiyyətlər əldə edilib.

Görülən işlər bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin əzmkar fəaliyyəti respublikamızın hər bir bölgəsinin inkişafına, insanların layiqli həyat səviyyəsinin təmin olunmasına yönəlib.

Dövlət başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı sərəncamlar isə onu deməyə əsas verir ki, cari ildə bölgələrdə quruculuq-abadlıq işləri, infrastrukturun yeniləşdirilməsi prosesi daha geniş vüsət alacaq.

Ulus.Az



Oxunub: 3641



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]