Sabiq təhsil şefi Sabirabadın başçısını ifşa etdi: Nazim İsmayılova maşın alıb - Açıqlama/Rəqəmlər

Nazim İsmayılova maşın alıb
Sabirabad rayon sakini, Yeni Azərbaycan Partiyasının üzvü Elman Bunyad oğlu Bunyadov tərəfindən sensasion faktlarla dolu məktub redaksiyamıza daxil olub

Ulus.Az-a gələn məktubda prezidentə, 1-ci vitse-prezidentə, Baş prokurora inanılmaz məlumatlar verilib. E.Bunyadov bildirib ki, 2010-2016-cı illərdə Sabirabad rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyib:


“2012-ci ildən rayon rəhbərliyinin təkidi ilə gördüyüm işlər barədə sübutlarla sizə məlumat verirəm. Xatırladım ki, 4000 min manatdan aşağı olan işləri yazmıram.

Bakı şəhərində məlum yanğın hadisələrindən sonra H.Əliyev prospektində 19 saylı yaşayış binasının üzlüklərinin dəyişdirilməsi üçün - 28000 manat (sübut, orada işləyən fəhlələr);

Heydər Əliyev Mərkəzinin tikintisi üçün - 16000 manat (sübut, mərkəzin tikintisi zamanı işləyən fəhlələr);

H.Həmidov küçəsində yeni inşa edilmiş 3 saylı uşaq bağçasının və S.Vurğun adına şəhər 3 №-li məktəbin ön hasarlarının tikintisi üçün - 22000 manat;

20 Yanvar küçəsinin asfalt örtüyünün yenidən qurulması üçün - 18000 manat;

H.Əiyev prospektində 6 saylı yaşayış binasının üzlüyünün sökülməsi üçün - 6000 manat;

Rayon İcra Hakimiyyətinin başçısına avtomobil alınması üçün - 5200 manat;

Rayon Mədəniyyət Evinə kondinsionerlərin alınması üçün - 4400 manat;

Qasımbəyli kənd tam orta məktəbinin döşəmələrinin dəyişdirilməsi üçün - 12500 manat;

Kürkənd kəndi ərazisində hasarların çəkilməsi üçün - 11500 manat;

Əsgərbəyli kənd tam orta məktəbinin hasarının çəkilməsi üçün – 13000 manat;

«ASAN XİDMƏT» mərkəzinin tikintisi üçün - 7500 manat;

Heydər Həmidov küçəsində fərdi yaşayış evlərinin hasarlarının dəyişdirilməsi üçün – 4400 manat;

H.Əliyev adına Parkda fontanın yendən qurulması üçün - 5000 manat;

Dörd il müddətində Novruz bayramının, eləcə də Yeni il şənliklərinin H.Əliyev parkında keçirilməsi zamanı - 4000 manat;

Sabirabad rayonunun 80 illik yubileyi ilə əlaqədar keçirilən tədbirə - 8000 manat pul xərcləmişəm”.

Ulus.Az-ın məlumatına görə, keçmiş təhsil şöbəsi şefi bütün bu görülən işlərin pulunu ödəmək üçün Milli Ordunun zabiti olan oğlunun Bakıdakı evini, maşınını, eləcə də öz evini və maşınını satıb.

Onun sözlərinə görə, Sabirabadda yeganə məmurdur ki, oğlu Milli Ordunun zabiti olub və dəfələrlə döyüşlərdə iştirak edib: “Lakin bütün bunlara baxmayaraq, 18 aydır işsizəm, kirayədə yaşayıram.

Dəfələrlə aidiyyəti qurumlara müraciət etməyimə baxmayaraq, hər hansı bir işlə təmin olunmuram, aclıq və səfalət içərisində yaşayıram. Yazıb Sizdən xahiş edirəm ki, mənim görülən işlərə xərclənən pullarımın geri qaytarılmasında kömək edəsiniz”.

E.Bunyadovun yuxarıda sadaladığı rəqəmlər və faktlar Sabirabadın icra başçısı Nazim İsmayılovun məsuliyyətə cəlb olunması üçün araşdırmalara zərurət yaradır.

Belə aydın olur ki, icra başçısı özünə maşın aldırıb, şöbə müdirinin isə maşınını satdırıb. Bu azmış kimi, rayon İcra Hakimiyyətinin görməli olduğu işləri, proqramları təhsil şöbəsi müdirinin pulları ilə həyata keçirib.

Dövlətin həmin layihələri, tikintiləri reallaşdırmaq üçün ayırdığı vəsaitlər isə icra başçısı tərəfindən mənimsənilib. Bu ittiham və açıqlamalar heç də jurnalistin öz araşdırması yaxud iddiası deyil. İcra başçısı ilə işləmiş və 6 il təhsil şöbəsin müdiri olmuş bir məmurun çıxışıdır.

Əgər onun dedikləri təsdiqini taparsa, Sabirabadın icra hakiminə cinayət işi başlana bilər. Çünki prezidentin sərəncamı ilə ayrılan pullar talanıb, Sabirabad viran qoyulub, məmurdan alınan pulla işlər görülüb.

Bu halda prezidenti aldadan, ayırdığı maliyyəni yeyən icra başçısının istefası azdır, onunla bağlı təftişə lüzum var. Belə bir maliyyə cinayətini törətmiş icra başçısı indiyə qədər açıq şəkildə heç bir məmur tərəfindən ittiham edilməmişdi.

Bu detallar ölkə başçısına təqdim olunmalı və Prezident Administrasiyası tərəfindən nəzarətə götürülməlidir.

Məsələni diqqətdə saxlayacağıq.

Qarşı tərəfi dinləməyə hazırıq.


Ulus.Az



Oxunub: 6162



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]