"Qaz xəttinə havanı bu aparatla vurub, əhaliyə satırlar" - Mirvari Qəhrəmanlı (Foto, Video)

"Qaz xəttinə havanı bu aparatla vurub, əhaliyə satırlar"
Qaz borularına hava vurulması iddiaları tez-tez səslənir. Sosial şəbəkələrdə bununla bağlı müxtəlif videolar paylaşılır, mənzillərə mavi yanacağın verilməsi bərpa olunandan sonra bir müddət hava gəldiyi iddiaları irəli sürülür. Qəribədir ki, bu iddialar təkcə sadə vətəndaşlar tərəfindən deyil, ekspertlər tərəfindən də irəli sürülür

Ulus.Az
xəbər verir ki, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı isə bu günlərdə sosial şəbəkədə bir qurğunun fotosunu paylaşıb. Dediyinə görə, qaz kəmərlərinə havanı vuran qurğu məhz budur.

"İslehlakçının qənimi, bir çox Regional Qaz İstismar İdarəsi rəisinin dostu.

Bu qurğu vasitəsilə qaz kəmərlərinə hava vurulur. O hava ki, mənzillərimizdəki qaz qurğularının forsunkalarından çıxır və havanı da sayğacımız pul kimi qeyd edir",-deyə Mirvari Qəhrəmanlı bildirib.

Mirvari Qəhrəmanlı bir maraqlı məqama da toxunub: "Hazırda Praqadayam. Evdə qaldığım üçün təbii ki, qazdan istifadə edirəm. Bilmək istərdim, nəyə görə xörək bişirərkən qaynama, qızartma prosesi burda, daha tez başa çatır? Qazın tərkibi, yoxsa başqa amil".

Onun bu sualı ciddi müzakirələrə səbəb olub. Hüquq müdafiəçisi Sahib Məmmədovun onun sualına cavabı belə olub: "Bizdə qazın tərkibinə yanmayan qatışıqlar əlavə olunur. Yanma zamanı o qazlar sadəcə uçub gedir və istilikyaratma prosesində iştirak etmir. Uçub gedən təkçə qaz olmur, həm də istehlakçıların pulu olur..."
"Qaz xəttinə havanı bu aparatla vurub, əhaliyə satırlar"


Ulus.Az



Oxunub: 27113



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]