Keçmiş spikerin təsəlli seçkisi: Rəsul Quliyevin 2018 planı Ulus.Az-da... - ÖZƏL

Rəsul Quliyevin 2018 planı Ulus.Az-da...
Sabiq spiker, ABŞ-da yaşayan Rəsul Quliyev prezident seçkilərində iştirakla bağlı fikrini qətiləşdirməyib

Ulus.Az-ın əldə etdiyi məlumata görə, Amerikada siyasi planlar cızan R.Quliyevin Müsavat Partiyası və Milli Şura ilə yolları kəsişmir.

Onun seçkilərdə yeganə iştirak forması hansısa yaranacaq siyasi bloka dəstək vermək ola bilər.

R.Quliyevin “siyasi meyit” olduğunu nəzərə alsaq, seçkilərdə hər hansı effektiv siyasi fəallığı gözlənilmir.

Hakimiyyət düşərgəsində də ona münasibət qeyri-ciddidir. Çünki keçmiş spikerin siyasi nüfuzu və çəkisi qalmayıb. Amma hər seçkidə peyda olan siyasətçinin 2018 planları da siyasi şou baxımdan maraq kəsb edir.

Bir neçə ay əvvəl Milli Şura üzvləri sosial şəbəkələrdə 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonrakı dönəm üçün yeni hökumətin - “kölgə kabineti”nin siyahısını yayımlamışdılar.

Siyahıda adları yer alan eks-spiker Rəsul Quliyev prezident, ALP lideri Lalə Şövkət I vitse-prezident, sabiq Müsavat başqanı İsa Qəmbər vitse-prezident, AXCP sədri Əli Kərimli vitse-prezident idi.

Müsavat başqanı Arif Hacılı Prezident Adminstrasiyasının rəhbəri, deputat Vahid Əhmədov baş nazir, politoloq Eldar Namazov Milli Məclisin sədri, keçmiş ədliyyə naziri İlyas İsmayılov baş prokuror, millət vəkili Əli Məsimli maliyyə, ADR Hərəkatının sədri Qubad İbadoğlu isə iqtisadiyyat naziri olacaq.

Ulus.Az-ın məlumatına görə, bu siyahı məsxərəyə qoyulmuşdu. MŞ-nın siyahısında Cəmil Həsənliyə vəzifə verilməməsi də müəmmalı idi.

Lakin R.Quliyevin prezident göstərilməsi ən azı müxalifət düşərgəsinin öz adına rüsvayçılıq idi. Çünki sabiq spiker həmişə Müsavat və AXCP-ni sərt rənqid edib, iqtidara işləməkdə suçlayıb.

O baxımdan gələn ilki seçkilərdə iştirak R.Quliyev üçün təsəlli xarakteri daşıya bilər.

Necə ki, rəqibə böyük hesabla məğlub olan komandalar cavab görüşünə çıxanda ən azı bir qol vurmağa ümid edirlər, eləcə də siyasətdə ardıcıl məğlubiyyətlər yaşamış

R.Quliyevin də seçkilərdə iştirakı revanşdan daha çox özünü reabilitasiyas səciyyəsi daşıya bilər.

Onu da deyək ki, ALDP artıq bu seçkilərdə iştirak üçün öz namizədini irəli sürüb. Amma partiya sədri Fuad Əliyev hesab edir ki, əgər Rəsul Quliyev qərar versə ki, prezident seckilərində iştirak edəcək, o halda müxalifət onun namizədliyi ətrafında birləşməlidir:

“Çünki Rəsul Quliyev birləşmiş müxalifətin lideri kimi müxalifəti hakimiyyətə gətirə biləcək yeganə şəxsdir”. Görünür ki, ALDP hansısa siyasi manevrlərin başlanğıcının təməlini qoyur...

Ulus.Az



Oxunub: 9405



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]