Nəvə babanın karyerasını bitirdi: Əli Həsənovun vitse-prezidentlik yolu bağlandı - Özəl

Əli Həsənovun vitse-prezidentlik yolu bağlandı
Azərbaycanda vitse-prezidentlər postuna təyinatlar olmayıb. Bir müddət əvvəl bəzi nazirlər bu vəzifə üçün çırmansalar da, arzuları ürəyində qaldı

Ulus.Az-ın əldə etdiyi məlumata görə, vitse-prezidentlik ambisiyasında olanlardan biri də Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov idi.

Bəzi siyasi qruplar Ə.Həsənovun vitse-prezidentliyi üçün dəridən-qabıqdan çıxırdı. Komitə sədri özü də bu yeni posta iddialıydı.

Hər zaman çıxışlarında dürüstlükdən danışan, məmur balalarına dərs verən, onların arasında narkomanların olduğunu deyən, özünü kristal bir məmur kimi təqdim edən Ə.Həsənovun baş verənlərdən sonra vitse-prezidentlik yolunda qapıları bağlanıb.

Bu barədə əldə etdiyimiz bilgilərdə iddia edilir ki, Baş nazirin müavini nəvəsinin avtoqəzada iki nəfəri öldürməsi, keçmiş türk prezident Abdulla Gülün qohumlarını yaralaması ilə babasının karyerasına son qoyub.

Üstəgəl, təkcə Ə.Həsənovun nəvəsi qudurğanlıq edərək faciəyə səbəb olmayıb, eləcə də komitə sədrinin nəvəsi üçün 3 milyonluq maşın kolleksiyasına şərait yaratdığı məlum olub.

Bu pulları 1995-ci il təvəllüdlü Nail Allahverdiyev 50 ilə də qazana bilməzdi. Amma bu gənc babasının, qayınatasının, biznesmen atasının milyonları hesabına harın həyatı yaşamağa başlayıb.

Sonra hər üçünün karyerasını təhlükəyə atan bir özbaşınalıqla tarix yazıb. Mənbə qeyd edir ki, ölkə rəhbərliyinin Ə.Həsənova olan münasibəti yaxın aylarda veriləcək rəsmi qərarlarla aydınlaşacaq. Hələlik keçid dövrüdür və ailənin başı qarışıqdır.

Ulus.Az-ın əldə etdiyi məlumata görə, vitse-prezidentlərin təyinatı və bu institutun formalaşması ilə Baş nazirlik sistemi ləğvə gedəcək.

Bu da avtomatik müavinləri də vəzifələrini itirməsi demək olacaq. Ə.Həsənov isə həm komitədə, həm Nazirlər Kabinetində işini itirə bilər.

“Kürdəxanı təcridxanasının” adının gizli qalmasını arzu edən əməkdaşı "Təzadlar"-a sensasion faktlar açıqlayıb.

Sitat:
“Təsəvvür edirsinizmi, 2 gündür ki, təcridxananın personalı səfərbər olaraq Baş nazirin müavini Əli Həsənovun avtoşluq edərək 2 nəfərin ölümünə, 2 nəfərin ağır yaralanmasına bais olmuş nəvəsi Nail Allahverdiyevə lüks şərait yaratmaqla məşğuldur.

Təxminən 30-40 min manata başa gələn bu lüks şəraitə kondisionerli, televizorlu, mobil telefonlu, super şəraiti, super ərzağı olan otaq daxildir. Azərcell-dən yoxlasınlar, Nail hər gün atası, babası, dostları ilə danışır.

Ona görə ki, o, Baş Nazirin müavininin nəvəsidir... Sağ olsun, təcridxananın rəisi Rəşid Səfərov, müavin Yaşar müəllim də bunu nəzərə alıb.

Axı ayıb olar ki, altında 6-7 lüks maşın kolleksiyası olmuş 21 yaşlı avtoş birdən-birə şəraitsiz yerə düşər, halı bu istidə pis olar.

O biri məhkumlar və təqsirləndirilənlərin canı isə it canıdır, dözərlər... İstərdim, bunları Ədliyyə Naziri Fikrət Məmmədov da bilsin”.

Ulus.Az



Oxunub: 8887



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]