Məcburi köçkünlərə bəd xəbər - Bu insanların pulu kəsiləcək

Məcburi köçkünlərə bəd xəbər
Gələn ildən məcburi köçkün uşaqlarına aylıq yemək xərci verilməyəcəyi bildirilir

Qaçıqn və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi rəhbərliyinin “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair təlimat”a bununla bağlı dəyişiklik etdiyi açıqlanıb. Qayda 2016-cı ilin dekabrının 31-dən sonra doğulacaq məcburi köçkünlərə aid edilməlidir.

Müavinət verilməsi dayandırılacaq qrup yalnız uşaqlar deyil.

Xəbərdə qeyd edilir ki, məhkəmə orqanlarına hakim təyin edilənlərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara da yemək xərci kimi aylıq müavinətin verilməsi dayandırılacaq. Habelə, şərait yaransa da, 3 il müddətində əvvəlki yaşayış yerinə qayıtmayan, eləcə də qayıdan məcburi köçkünlər də bundan məhrum ediləcəklər. Həmin kateqoriyadan olan şəxslərə münasibətdə qərarın bu gündən (9 avqust) qüvvəyə mindiyi qeyd edilir. Hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən məcburi köçkünlərlə bağlı müddəalara da dəyişiklik edildiyi bildirilir. İndiyədək hüquq-mühafizə orqanlarında çalışan məcburi köçkünlərə ərzaq payı əvəzinə pul kompensasiyası ödənilirdi. Onlar yemək xərci kimi aylıq müavinət almırdılar. Dəyişikliyə görə, bundan sonra zabit olmayan məcburi köçkünlərə ərzaq payı əvəzinə pul kompensasiyası ilə bərabər, yemək xərclərindən ötrü də aylıq müavinət veriləcəyi açıqlanıb. (apa)

Ulus.Az



Oxunub: 1491



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]