Müxalifətin iclasında qovğa: İsa Qəmbərlə Sabir Rüstəmxanlı “atışıb” - Təfərrüat

İsa Qəmbərlə Sabir Rüstəmxanlı “atışıb”
Ötən həftə Azərbaycanın müxalifət partiyalarının rəhbərləri arasında keçirilən gizli görüşdə qalmaqal yaşanıb

Ulus.Az-ın əldə etdiyi məlumata görə,
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə Müsavatın sabiq başqanı İsa Qəmbərin söz atışması yaşanıb.

VHP sədrinin təşəbbüsü ilə baş tutan görüşdə İ.Qəmbərlə S.Rüstəmxanlı mübahisə ediblər. Müsavatın keçmiş lideri bu toplantının hansı siyasi ssenari olduğunu soruşub.

İ.Qəmbərin bu tədbirin hakimiyyətdən gələn sifariş olub-olmadığını sual etməsi aranı qarışdırıb. S.Rüstəmxanlı ilə İ.Qəmbərin mübahisəsi bir neçə dəqiqə davam edib.

VHP sədri heç bir təlimat almadığını, bunu özünə qarşı təhqir olduğunu söyləyib. S.Rüstəmxanlı hiirslənərək tədbiri yarımçıq qoyub tərk etmək, iclası təxirə salmaq istəyib.

Ancaq sonra tərəflərin mübahisəsinə digər partiya sədrləri müdaxilə ediblər və aranı sakitləşdiriblər. Toplantıda Ümid sədri İqbal Ağazadə iştirakdan imtina edib. Bunun səbəbi bilinmir.

Bağlı qapılar arxasında bir neçə saat davam edən görüşdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.

Görüşdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Müsavat Partiyasının sədri Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Xalq Partiyasının sədri Pənah Hüseyn iştirak ediblər.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə toplantıya dəvət olunmayıb. zad Azərbaycan Partiyasının sədri Kamil Seyidov, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər də iştirak edib.

Milli Şuranın sədri Cəmil Həsənli və dəvət olunan digər partiya sədrləri obyektiv səbəbdən görüşdə iştirak edə bilməyiblər.

Ulus.Az-ın əldə etdiyi məlumata görə, müxalifətin 2018 seçkilərində də birləşməsi gözlənilmir. Həm partiyaların mövqelərində ayrı-seçkilik var.

Həm Müsavatla Milli Şura düşmənçilik edirlər, həm də liderlər arasında şəxsi problemlər var. Ona görə də bu toplantının nəticələri faydasız olub.

S.Rüstəmxanlı bir daha təşəbbüskarlıq etməməyə qərar verib. İ.Qəmbərin bu yanaşması ağsaqqal xalq şairini, Meydan hərəkatının fəalını möhkəm qəzəbləndirib.
Maraqlıdır ki, AXCP sədri Əli Kərimli də toplantıda iştirak edib. Baxmayaraq ki, AXCP ilə Müsavatın münasibətləri soyuqdur.

Eləcə də Ə.Kərimli İ.Qəmbərlə quru salam-əleyk səviyyəsində münasibət saxlayırlar. Onu da deyək ki, tədbirə REAL də dəvət almayıb.

Müxalifət aralarında olan problemləri bir kənara qoyub vahid namizədlə seçkilərə getməyi istəməlidir. Əgər istəməyəcəklərsə bu vahid namizəd məsələsi də alınmayacaq. Seçkidə iştirak xatirinə iştirak edəcək, ya da boykot edəcək.

Hazırkı perspektivdə bu məsələ o, qədər də inandırıcı görünmür. Bundan başqa, siyasi kataklizmlərin olması, “Milyarderlər ittifaqı”ının təzədən xortlayıb dirilməsi də istisna edilmir.

Ulus.Az



Oxunub: 1172



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]