Nazirin işə qəbulda rektorlara dırnaqarası baxmasının inanılmaz gerçəkləri - Ulus.Az-da...

Nazirin işə qəbulda rektorlara dırnaqarası baxmasının inanılmaz gerçəkləri
Təhsil Nazirliyi ali məktəblərdə pedaqoji təhsil alan tələbələrin diplomunu şübhə altına alır; Bu güvənsizlik pedaqoji təhsili olanların işlə təmin olunan zaman təkrar imtahan vermələrində müşahidə olunur...

Ulus.Az-ın məlumatına görə,
nazirliyin müəllimi işə qəbul üçün yenidən imtahana cəlb etməsi ekspertlər tərəfindən də absurd qiymətləndirilir.

Çünki avtomatik olaraq nazirlik universitetlərin verdiyi diplomları saxta ya da etibarsız kimi qəbul edir. Dünyanın heç bir ölkəsində pedaqoji təhsilini bitirən məzun təkrar imtahan verməklə işlə təmin edilmir.

Azərbaycanda isə təhsil naziri Mikayıl Cabbarovun öz konsepsiyası və strategiyası var. Onun ali təhsil müəssisələrinə dırnaqarası baxmasının səbəbindən irəli gələrək, rektorların bazarkom kimi fəaliyyət göstərdiyini deməyə çalışaraq təkrar imtahanlar təşkil etməsi aydın olur.

M.Cabbarov universitetlərdə verilən təhsilin keyfiyyətinə və səviyyəsinə etibar etmir. Ona görə də müəllimlərin işə qəbulu nazirlik tərəfindən keçirilən imtahanla müəyyən edilir.

Əslində, bu mexanizmin özü nazirin həm Qərb təhsil sisteminə təpik ataraq onu itələməsi, uzaqlaşdırmasıdır. Eyni zamanda Azərbaycan universitetlərinin verdiyi diplomlara şübhə ilə yanaşmasının nəticəsidir.

Əks təqdirdə, pedaqoji təhsilini bitirmiş məzun məktəbdə və ya kollecdə işinə başlamalıdır. Bununla M.Cabbarov həm də sovet təhsil sisteminin guya yararsız olduğuna işarə vermək istəyir.

Hərçənd, sovet dönəmində təhsilin keyfiyyəti M.Cabbarovun rəhbərliyi dövrü ilə müqayisə oluna bilməz. İndi nazir karton istehsal edən universitetlər, dərs keçirilməyən məktəblər saxlayır. Bu da tələbə qəbulundakı statistikada özünü göstərməkdədir.

Sovet vaxtında isə heç bir imtahan vermədən pedaqoji təhsil almış gənc qeyd-şərtsiz işlə təmin edilirdi. Bu gün də uşaqlar həmin nəslin müəllimlərinin verdiyi tədrisdən qidalanır.

Ulus.Az-ın məlumatına görə, nazirliyin müəllimi işə qəbul üçün yenidən imtahana cəlb etməsi prosesi ləğv oluna bilər. Çünki imtahanlar müəllim ordusunu da boğaza yığıb.

Məsələn, 20 il bir məktəbdə fəaliyyət göstərmiş müəllim iş yerini dəyişmək üçün müraciət etdikdə ondan imtahan verməsi tələb olunur. 20 illik stajını şübhə altına alan nazirlik sadəcə, onları incidir.

Təhsil ekspertləri hesab edir ki, bir müəllimin ikinci dəfə sınaq qiymətləndirilməsinə cəlb olunması qeyri-peşəkarlığın nəticəsidir.

Biz 21-ci əsrdə yaşayırıq, Avropaya inteqrasiyadan danışırıq, sınaq imtahanda verilən suallar gülünc gəlir. O qədər primitivdirlər ki, həmin suallar tipi ötən əsrdə evdar qadınların jurnallarda qaraladığı "xoşbəxtlik” testlərinə oxşayır.

Sınaq qiymətləndirmə ilə müəllimin əməyinə qiymət vermək olmaz. Bunun əməkhaqqına təsiri mümkün deyil.

Hər dəfə kənd yerlərində müəllim çatışmazlığından danışılır. Budur, kənd müəlliminə verilən qiymət?! Müəllimi şəhər-kənd kateqoriyasına ayırmaq olmaz. Müəllim ancaq pedaqoji səriştəsinə görə seçilə bilər.

Müəllim peşəsinə yiyələnmək üçün tələbə ali məktəbdə oxuyur, ali məktəbi bitirəndə o, Dövlət İmtahan Komissiyası qarşısında dayanır, diplom işi müdafiə edir. Və bu insana müəllimlik sənətinə yiyələndiyini təsdiq edən diplom - sənəd verilir.

Belə çıxır ki, biz bütün bu müəllimlərimizin və həmçinin onlara dərs keçmiş müəllimlərin də biliyini, bacarığını sual altına alırıq və müəllimləri sınağa çəkirik. Əgər ali məktəblər zəif müəllim kadrı yetişdirirsə, deməli, diqqət ora yönəlməlidir.

Ulus.Az



Oxunub: 2862



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]