Əli Həsənov 3-dən işə çıxmır... Nəvəsini həbsdən niyə qoruya bilmədi? - Eksklüziv

Nəvəsini həbsdən niyə qoruya bilmədi?
Nəvəsinin iki nəfərin ölümü ilə nəticələnən ağır qəza törətməsi və həbs olunması Baş nazirin müavini Əli Həsənovun karyerasının üstündən xətt çəkib

Ulus.Az-ın əldə etdiyi məlumatda “Qaçqınkom” sədrinin avqustun 3-dən işə çıxmadığı iddia edilir.


Onun baş verənlərdən sonra stress və əsəb keçirdiyi, gərgin olduğu bildirilir. Komitə sədri ailənin başına gələn bu işdən sonra bir müddət sakitliyə çəkilməyə qərar verib.

Hazırda mətbuatın yazdıqlarını da izləməyən və olanlardan ciddi sarsıntı keçirən Ə.Həsənovun vəzifədə qalıb-qalmayacağı da sual altındadır.

İllərlə fəaliyyəti, məmur vəzifəsi, Baş nazir müavininə qədər yüksəlməsinə baxmayaraq, nəvəsi Nail Allahverdiyev bir saat içində babasının karyerasını məhv etdi.

Bəzi xəbərlərə görə, prezidentin kadr və struktur islahatları nəticəsində gələcəkdə Ə.Həsənov mərhələli şəkildə vəzifəsini itirəcək. Komitənin ləğv olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yaxud ASAN Xidmətə verilməsi istisna edilmir.

Həmçinin, vitse-prezidentlik institutu Baş nazirin səlahiyyətlərini kifayət qədər əhəmiyyətsiz edib. O baxımdan gələcəkdə, bu hadisələrin eyforiyası soyuyandan sonra Ə.Həsənov vəzifələri ilə vidalaşa bilər.

Ulus.Az-ın əldə etdiyi məlumatda deyilir ki, hazırda işə çıxmayan komitə rəhbəri dincəlməyə çalışır.

O, nəvəsinin cinayətini ilk günlərdə gizlətməyə, nəsələni ört-basdır etməyə, ölən Mehdi Əliyevin üstünə yıxmağa çalışıb. Ancaq baba nəvəsini həbs təhlükəsindən qoruya bilməyib.

Prezident İlham Əliyevə məsələ məruzə olunub və dərhal harınlıq edən məmur balası cəzalandırılıb. Sadəcə, bir neçə gün onun ambulator müalicə alması və keçirdiyi stressi adlaması gözlənilib. Ondan sonra barəsində həbs qərarı çıxarılıb.

Dövlət başçısı açıq şəkildə bildirib ki, kimliyindən və vəzifəsindən asılı olmayaraq, qanunu pozan, xalqı qıcıqlandıran, qudurğanlıq edən şəxs cəzalanacaq.
Mənbə qeyd edir ki, prezidentin məsələdən agah olması Ə.Həsənovun manevr imkanlarını tükədib. O, nəvəsini qoruya bilməyib.

Yeni Azərbaycan Partiyası (YAP) hakim partiyanın sədr müavini və baş nazirin müavini Əli Həsənovun Bakıda dəhşətli qəza törədən nəvəsi Nail Allahverdiyevin həbsinə münasibət bildirib.

YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, qəza törədən sürücünün həbs olunması Azərbaycanda qanunun hamı üçün eyni olduğunu bir daha sübut etdi:

“Bu hadisə kimliyindən, kiminlə qohum olmağından asılı olmayaraq qanunun aliliyi, törətdiyi əmələ görə qanun qarşısında hər kəsin eyni dərəcədə cavab verməsini bir daha təsdiq edir. Azərbaycanda qanun hamı üçün eynidir. Burada kiminləsə qohumluq və ya hansısa xidmətlər heç vaxt nəzərə alınmayacaq”.

Ulus.Az



Oxunub: 4602



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]