Hökumətin “Axilles dabanı” - icra başçıları: Proqramlar icra olunmur, şikayətçi qapıdan qovulur... - ÖZƏL

Proqramlar icra olunmur, şikayətçi qapıdan qovulur...
Azərbaycanda əyalətlərə xüsusi həssaslıq göstərilməlidir;Təəssüf ki, yerli padşahlar tapşırıqları qulaqardı edirlər...

Hər bir ölkənin “Axilles dabanı” məhz regionlardır. Çünki bölgələr həm iqtisadiyyatın, həm turizmin, həm kənd təsərrüfatının ana sütunlarıdır.

Avropa dövlətləri kəndlərə, qəsəbələrə, regionlara xüsusi əhəmiyyət verir, diqqətdə saxlayır, fermerlərin, kəndlilərin inkişafına dəstək verir. Azərbaycanda isə əksər rayonların güzəranı cəhənnəmə çevrilib. Bunun da baiskarı yerli idarəçilərdir.

Ulus.Az-ın Analitik Şöbəsinin verdiyi məlumatda deyilir ki, bir neçə rayon istisna olmaqla, əksəriyyətinin icra hakimiyyəti strukturları regionların inkişafı üçün proqramlar həyata keçirmirlər.

Prezident İlham Əliyev müşavirələrdə də açıq şəkildə bəyan edir ki, icra başçısını təyin edərkən ona xalqla işləməyi tapşırır.

Çünki prezidentin hər gün hər bir rayona, kəndə, qəsəbəyə nəzarət etmək imkanı yoxdur. O, yerlərə adamlarını təyin edir ki, bu mexanizmi onlar həyata keçirsinlər.

Lakin vəzifəsindən gələcəyini qurmaq naminə istifadə edən icra başçıları tapşırıqları, proqramları icra etmirlər. Bunun nəticəsidir ki, hər ay nazirlər rayonlarda qəbullar keçirir, vətəndaşların müraciətlərinə baxmalı olur.

Əgər RİH başçıları vəzifəsinin öhdəsindən gəlsəydi, şikayət və müraciətləri araşdırsaydı, kütləvi şəkildə narazılıq olmazdı.

Məsələn, hazırda Yevlax, Tərtər, Cəlilabad, Biləsuvar kimi rayonlar istisna olmaqla, qalanlarının əksəriyyətində sakinlər icra hakimiyyətindən narazıdır. Eynilə həmin regionların deputatları da icra başçılarından geri qalmırlar.

Ulus.Az-ın Analitik Şöbəsinin verdiyi məlumatda deyilir ki, icra başçıları görüşlər keçirmir, kəndlərə getmir, kabinetlərində tapılmır, qəbula gedənlər qapıdan qovulur, müavinlər vətəndaşları süründürürlər, ən kiçik problem belə mətbuata çıxmamış həllini tapmır.

Nəticədə günün biri həmin regionda sosial partlayış olur, camaatı aksiya keçirir, prezident işi nəzarətə götürür, ondan sonra həmin rayonun icra başçısının ağlı başına gəlir. Axı nəyə lazımdır ki, məsələ bu qədər böyüsün?!

O baxımdan son dövrlərdə regionlarda vəziyyət kifayət qədər gərginləşib və ağırlaşıb. Dövlət başçısının göstərişlərinə qarşı gedən məmurlar rayonları tar-mar edirlər.

İcra hakimiyyətlərinin normal fəaliyyəti üçün ciddi islahatların aparılmasına ehtiyac var. Bununla da icra orqanları vətəndaşa yaxınlaşa və onların inamını qazana bilər.

Biz bunu Gürcüstan və Türkiyə nümunəsində görürük. Görürük ki, islahatlarda hakimiyyət vətəndaşın yanına gəlir. Digər variantlarda isə vətəndaş hakimiyyətin həndəvərinə belə düşə bilmir.

Ona görə də İcra hakimiyyətlərinin hegemonluğunun qarşısını almağın yeganə yolu islahatlardır. Bunun ən ağrısız yolu hakimiyyətin siyasi iradə göstərərək ciddi islahatlara getməsi və cəmiyyəti öz ətrafında toplamasıdır.

Yuxarıdan aşağı İcra hakimiyyətləri yırtıcılıqla, rayonları dağıtmaqla məşğul olurlar. Gözümüz önündə yaşıllıqları, xiyabanları dağıdır və yerində camaşırxana, avtoyuma məntəqələri, aptek, qəssabxana tikirlər.

İcra hakimiyyətlərində siyasi, hüquqi, idarəetmə islahatları aparılmasa, bu məsələlər bu cür də davam edəcək.

Ulus.Az



Oxunub: 1839



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]