116 manat maaş, 135 manat aliment: Ulus.Az Baş nazirin boş qərarını üzə çıxardı - Araşdırma

Ulus.Az Baş nazirin boş qərarını üzə çıxardı
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin aliment ödənilməsi barədə qərarı var; Bu qərardakı müddəalar və alimentin məbləği bu gün iqtisadi şəraitlə daban-dabana ziddiyyət təşkil edir...

Ulus.Az-ın İqtisadiyyat Şöbəsinin araşdırması Nazirlər Kabinetinin valideyn tərəfindən uşağa aliment ödənilməsində bir sıra boşluqları üzə çıxarıb.


Bu qüsurlar ondan ibarətdir ki, Azərbaycanda minimum əmək haqqı 116 manat olduğu halda, bir uşağa aliment 135 manat müəyyən edilib. Yəni, valideyn aldığı əmək haqqı heç alimentə çatmır.

Məsələnin digər boşluq tərəfi çoxuşaqlı ailələrlə əlaqədardır. Ailə Məcəlləsinin 75.3-cü maddəsinə uyğun olaraq, 1 uşağa görə - qazancın və başqa gəlirlərin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı aliment ödənilməlidir.

Nazirlər Kabinetinin qərarına və Ailə Məcəlləsindəki bu boşluğa heyrətlənməmək mümkün deyil. Çünki 116 manat minimum əmək haqqı olan ölkədə 135 manat aliment ödənilməsi absurddur iqtisadi təyinatdır.

Hətta 2 uşağa görə qazancın üçdü biri, 3 və daha çox uşaq üçün gəlirlərin yarısının aliment verilməsi nəzərdə tutulur.

Hər halda uşaq valideyndə qalanda ayda ona 135 manat xərcləmir. Biz varlı ailələrin övladlarını istisna edirik və söhbət aztəminatlı ailələrdən gedir. Hətta cənub zonasında 5 və ya 7 uşağı olan ailələr var. Əgər tərəflər boşanırsa, valideyn 5 uşaq üçün alimenti necə ödəsin? Bu da özlüyündə NK-nın qərarındakı uyğunsuzluğu aktuallaşdırır.

Üstəlik, son illərdə bu və ya digər səbəbdən ailələr dağılır, boşanmalar sürətlə artır, erkən nikahların yaratdığı fəsadlar cütlüklərin elə erkən ayrılmasına səbəb olur.

Amma əksər boşanmaların səbəbləri sosial həyatın ağırlığı, maddi vəziyyətin çətinliyi ilə əlaqəli olur. Bu halda aztəminatlı ailənin dağılmasından sonra uşağa 135 manat aliment ödənilməsini tələb etmək qanunda düzəlişlər edilməsini şərtləndirir.

Ulus.Az-ın İqtisadiyyat Şöbəsinin araşdırması məlum olub ki, aliment ödənilməməsi halları kütləviləşib. Bunun bir səbəbi yoxsulluq, digər amil məbləğin yüksək olması, ən vacib detal isə ailədə uşaqların çoxluğudur.

Nəticədə aliment ödəməyən valideyn məhkəmə qərarı ilə həbs edilir. Ancaq sərt cəzalar və inzibati yollarla çıxış imkanı tapmaq müşküldür.

İlk növbədə əmək haqları artırılmalıdır və alimentin məbləğinə yenidən baxılmalıdır. Minimmum əmək haqqı 116 manat olan dövlətdə 135 manat aliment təyin olunması özünü inkar etməkdir.

Məsələn, valideyn üç uşaq sahibidir və ailəsindən ayrılıb. Bu halda ayda 405 manat aliment ödəməyə məhkumdur. Əgər onun aylıq qazancı 300-500 manat civarında dəyişirsə, 405 manat alimenti necə döyə bilər? Sualın cavabı iki vur ikidir.

Onu da deyək ki, Nazirlər Kabinetinin qərarı ilə bağlı redaksiyamıza çoxsaylı məktublar gəlməkdədir. Oxucular bu məsələnin aktuallaşdırılmasını və ictimailəşdirilməsini xahiş edirlər.

Onların sözlərinə görə, Baş nazirin boş qərarı aliment ödəyən valideynlər çıxılmaz vəziyyətlə qarşılaşdırıb. Nəzərə almaq lazımdır ki, insanların gəlirləri azalır, xərclər çoxalır, bahalaşma davam edir, yaşamaq çətinləşir.

Ulus.Az



Oxunub: 1943



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]