Şəhid qardaşı olan jurnalistdən Əli Həsənov və ailəsi haqda sensasion faktlar - Təfərrüat

Şəhid qardaşı olan jurnalistdən Əli Həsənov və ailəsi haqda sensasion faktlar
Baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsinin törətdiyi faciə böyük hiddət və qəzəb doğurub; Ölkə heç də Nail Allahverdiyevin yaralı vəziyyətdə olmasına üzülmür...

Əksinə, ötən ay ailə qurmuş məmur balasının qudurğanlıq etməsinə sərt təpki var. Axı hansı pulla bu maşını almısan və niyə harınlıq edirsən?

Avtoxuliqanlıqla özünü kimə göstərirsən?


Şəhid qardaşı olan jurnalistdən Əli Həsənov və ailəsi haqda sensasion faktlar
Artıq cəmiyyətdən sosial sifariş gəlməkdədir: buna bir “dur” deyən tapılsın! Əks halda hər ay bir məmur oğlu kimsəsiz və günahsız adamı tələf edəcək.

Köçkün ailələri qəzəb püskürür

Ulus.Az-ın məlumatına görə, “36 manat çörək pulu böyük məbləğdir” deyən Ə.Həsənovun milyonluq maşınlar sürən nəvəsi ilə bağlı məcburi köçkün ailələri də qəzəblidirlər.

Komitə sədrinin qaçqınları aşağılayan məlum çıxışından sonra nəvəsinin özbaşınalığı sanki ona solaxay şillə oldu. Ə.Həsənova sosial şəbəkələrdə, redaksiyamıza göndərilən məktublarda məcburi köçkün və şəhid ailələri tərəfindən qəzəb püskürülür.

Onlardan biri də şəhid ailəsi, Ağdamdan məcburi köçkün olan jurnalist Xəyyam Salmanzadədir.

Politika.Az və Ulus.Az xəbər portallarının baş direktoru olan X.Salmanzadə Feysbuk səhifəsində Ə.Həsənova barədə bilinməyən inanılmaz həqiqətləri açıqlayıb.


Onun sözlərinə görə, “Qaçqınkom” sədrinin nəvəsi bundan qabaq da maşın aşırmışdı. Jurnalist qeyd edir ki, məmurlara övladlarına nəzarət etməyi tövsiyə edən komitə sədri öz nəvəsini nəzarətsiz buraxmışdı:

“Bu da ağır nəticəsi və iki insan həyatını itirdi, iki nəfər ömürlük şikəst qala bilər. Əli Həsənovun dedikləri ilə əməlləri üst-üstə düşmədi.

Köçkünlərə 36 manat çörək pulunu çox görən məmurun nəvəsi maşın kolleksiyalarına sahibdir. Hansı pulla? O da gəlib 36 manat çörək pulu ilə yaşasın, görək”.

“Qoç igid dayısına çəkər” - Emil Həsənov kimdir?

X.Salmanzadə bildirib ki, Ə.Həsənov oğlu Emil Həsənovla öyünürdü: “Üç il əvəvl bir çıxışında demişdi ki, oğlumdan hansısa neqativ hərəkət görə, eşidə bilməzsiniz.

Düz deyirdi. Çünki onun oğlu Binəqədi polis rəisinin müavini olsa da, günü xaricdə keçir, istirahət edir. Necə deyərlər “qoç igid dayısına çəkər”.

Nail də dayısı Emildən nümunə götürüb şəhərdə “Qalendvagen”lə xuliqanlıq edirdi. Bu günə kimi Binəqədi polis idarəsində Emil Həsənovun üzünü görən olmayıb.

Bir dəfə idarəyə gedib onun qəbuluna düşmək istədiyimi dedim. Polis əməkdaşları bildirdilər ki, onu görsəniz bizə də deyin, bir iş yoldaşımızı tanıyaq.

Dövlət Sərhəd Xidmətinə sorğu göndərilsin, Əli Həsənovun qudası Elçin Quliyev təsdiqləsin ki, Emil Həsənov hardadır”.

Jurnalist əlavə edib ki, “Qaçqınkom” sədrinin nəvəsi heç də zəhməti ilə maşın kolleksiyasına yiyələnməyib: “Kor-kor, gör-gör ki, məmur babasının pulları ona gənc yaşında padşah həyatı bəxş edib.

Çünki Əli Həsənova yaxın çevrədən də mənə məlumat verilmişdi ki, bütün tenderlərin qalibi komitə sədrinə yaxın şirkətlə olur.

Həmin MMC-lər də köçkünlər üçün nəzərdə tutulan işləri həyata keçirəndə dövlətin pulunu elə silirlər ki, Əli Həsənovla nəvəsinin cibindən çıxır. Ona görə də qaçqın ailəsinə 36 manat çörək pulunu çox görür. Bu haqsızlığı Allah götürməz”.

“Qardaşım şəhid olub, bəs Həsənovun nəvəsi harda xidmət edib?”

Ulus.Az-ın baş direktoru sual edir ki, onun qardaşı Bəxtiyar Ağdamda gedən döyüşlərdə şəhid olarkən, Ə.Həsənovun nəvəsi niyə hərbi qulluqda olmayıb:

Qardaşım Bəxtiyar erməni əsirliyində 50 əsgərimizi xilas edərkən şəhid olub. Həsənovun nəvəsi hansı cəbhə bölgəsində xidmət edib? Məmur babası niyə əlinə silah verməyib?

Nə üçün mən, bir şəhid qardaşı 5 nəfərlik ailə üzvümlə siçan-pişik olan, darısqal, şəraitsiz bir məktəb otağında yaşamalıyam, amma Nail kef çəkməlidir?
Şəhid qardaşı olan jurnalistdən Əli Həsənov və ailəsi haqda sensasion faktlar
Bizim də ahımız var. Bu gün köçkünlərə verilən evləri pulla satırlar. Ayrıca araşdırma yazısında ətraflı detalları açıqlayacam.

Qısaca deyim ki, 3 otaqlı mənzil üçün 6-7 min, 1 otaqlı mənzilə 3 min manat alırlar. Məni kimi bir böyrəyi olmayan, 5 nəfərli kailə üzvü xaraba qalmış məktəb otaqlarında çürüyürük”.

Jurnalist xatırladır ki, bir müddət əvvəl ona “Qaçqınkom”dan ev verilmişdi: “Axırda imtina etməli oldum. Çünki 2 yataq xəstəsi olan bir ailəyə verdikləri ev 4-cü mərtəbədə, təmirsiz, həşəratların doluşduğu, şəraitsiz, bərbad bir mənzil idi.

Mən bir ay həşəratları təmizləmək üçün əlimdən gələni etdim, heç nə alınmadı, axırda açarları gətirib təhvil verdim”.

Bit-birəli ev və “kassir” hacı

X.Salmanzadə bildirir ki, ona köçkün kimi ev verilməsi zamanı yalan danışıblar: “Mən mətbuat vasitəsi ilə müraciət etmişdim. O vaxt Əli Həsənovun “qara kassiri” Gəray Fərhadov məni çağırdı. Dedi ki, Bərdədə sənə üçotaqlı ev vermişik.

Mən də həmin evin açarını Bərdənin “JEK” müdirindən götürdüm. Evə girəndə şoka düşdüm və dediyim kimi, dəhşətli bir mənzərə ilə qarşılaşdım. Həmin evdə yaşamaq mümkün deyildi.

Oranı bit-birədən, tarakandan, həşəratlardan təmizləyə bilmədim. Dəfələrlə həmin dindar, hacı olan Gəray Fərhadova zəng etdim ki, deyim bu nə şəraitsiz evdir mənə vermisiz, axı xəstəm var?! Amma Əli Həsənovun “kassiri” telefonu açmadı.

Halbuki, fevralda onunla görüşümüz olub. Dedi ki, martda Əli müəllimlə görüşərsən, nə problemin, nə sözün olsa ona deyərsən. Amma sözlərinin üstündə durmadılar.

Axırda məni müxalifətçi də çıxardılar, hamı da bilir ki, prezident İlham Əliyevin siyasətinə sadiq biriyəm. Sadəcə, elə ev verdilər ki, imtina etməli oldum.

Bu gün də ehtiyac içində yaşayıram, iki xəstəmə dava-dərman pulu çatdırmıram, qabaqdan payız-qış gəlir, yenə də buz bağlayan, rütubətli, soyuq məktəb daxmasında balalarımla yaşayacam.

Amma əsas odur ki, Əli Həsənovun nəvəsi yarım milyonluq maşın kolleksiyası olsun. var. Hələ bir hüquqi dövlətdən danışır. Cavab versin hansı pullarla hüquqi dövlətdə varlanıb?

Hüquqi dövlətdə mən onun nəvəsinin milyonluq maşınlarının altında əzilməliyəm, komada yaşamalıyam, uşaqlarım şəraitsiz bir yerdə çürüməlidir. Mənim balalarımla Əli Həsənovun nəvəsinin hüquqi dövlətdə hüquqları nədə fərqlənir?

Bundan sonra da Əli Həsənovun fəaliyyət barədə geniş çıxışlarım olacaq. Yaxın vaxtlarda MİS rəisləri, imkanlı adamlara dövlətin evlərini satması haqda faktları təqdim edəcəyəm”.
Şəhid qardaşı olan jurnalistdən Əli Həsənov və ailəsi haqda sensasion faktlar
Şəhid qardaşı olan jurnalistdən Əli Həsənov və ailəsi haqda sensasion faktlar
Şəhid qardaşı olan jurnalistdən Əli Həsənov və ailəsi haqda sensasion faktlar
Şəhid qardaşı olan jurnalistdən Əli Həsənov və ailəsi haqda sensasion faktlar
Şəhid qardaşı olan jurnalistdən Əli Həsənov və ailəsi haqda sensasion faktlar
Şəhid qardaşı olan jurnalistdən Əli Həsənov və ailəsi haqda sensasion faktlar
Şəhid qardaşı olan jurnalistdən Əli Həsənov və ailəsi haqda sensasion faktlar
Şəhid qardaşı olan jurnalistdən Əli Həsənov və ailəsi haqda sensasion faktlar
Şəhid qardaşı olan jurnalistdən Əli Həsənov və ailəsi haqda sensasion faktlar
Şəhid qardaşı olan jurnalistdən Əli Həsənov və ailəsi haqda sensasion faktlar
Şəhid qardaşı olan jurnalistdən Əli Həsənov və ailəsi haqda sensasion faktlar
Şəhid qardaşı olan jurnalistdən Əli Həsənov və ailəsi haqda sensasion faktlar
Şəhid qardaşı olan jurnalistdən Əli Həsənov və ailəsi haqda sensasion faktlar
Şəhid qardaşı olan jurnalistdən Əli Həsənov və ailəsi haqda sensasion faktlar

Ulus.Az



Oxunub: 25883



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]