İqtidar partiyasında erkən seçki hazırlığının sensasion pərdəarxası - 2018 mesajları...

İqtidar partiyasında erkən seçki hazırlığının sensasion pərdəarxası
Hakim partiya erkən seçki hazırlıqlarına başlayıb

Ulus.Az-ın əldə etdiyi məlumata görə,
YAP 11 təşkilat sədrini dəyişməklə ismarıc vermiş olub.

Əslində, erkən seçki hazırlıqları beynəlxalq auditoriyaya hesablanmış addımlardır. İqtidar ölkəyə qarşı kampaniya aparan və mesajlar verən bəzi dairələrə cavab verməyə çalışır.

Həmçinin, 2018-ci ildə prezident seçkiləri olmayacaq deyənlərin mülahizələrinə birdəfəlik son qoyuldu. Deməli, gələn il seçki olacaq və 7 illik prezident seçiləcək.

Halbuki, bəziləri gələn il prezident seçkilərinin təxirə salınacağını və 2020-ci ildə keçiriləcəyini bildirmişdi. Onlardan biri keçmiş deputat İqbal Ağazadə idi.

Göründüyü kimi, hakimiyyət həm hazırlığa başlayıb, həm iddialara son qoyur. Üstəlik, Abbas Abbasov qruplaşmasının yenidən seçkilərdə iştirak edəcəyi haqda söz-söhbətə də YAP bu hazırlıqlla cavab vermiş oldu.

Artıq Yeni Azərbaycan Partiyasının (YAP) 63 rayon və şəhər təşkilatında hesabat-seçki konfransları keçirilib.

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, 21 rayon və şəhər təşkilatında konfranslar hələ keçirilməyib:

“Bu təşkilatlarda da konfranslar ilin sonuna qədər mərhələ-mərhələ keçiriləcək. Bu il seçki ili olmadığı üçün partiyanın ilk təşkilatları, rayon və şəhər təşkilatları ilə bağlı işlərimizi görürük, yekunlaşdırırıq ki, partiya təşkilatlarının fəaliyyəti tam tənzimlənsin, maddi texniki bazası yaxşılaşdırılsın.

S.Novruzov qeyd edib ki, konfranslar nəticəsində 11 rayon və şəhər təşkilatının sədrləri dəyişdirilib: “Bu konfransları seçkilərə hazırlıq kimi də dəyərləndirmək olar:

Nəzərə alsaq ki, Azərbaycanda beş mindən çox məntəqə seçki komissiyaları var və seçkidə iştirak edən siyasi partiya hər məntəqəyə bir nümayəndə təyin edəndə, bu beş mindən çox kadr deməkdir.

Bunların hər biri öz hüquq və vəzifələrini bilməlidir. Buna görə də bütün bu işləri həyata keçirmək üçün uzun zamana ehtiyac var. Yeni Azərbaycan Partiyası indidən bu işləri həyata keçirir”.

Ulus.Az-ın əldə etdiyi məlumata görə, iqtidar düşərgəsində ikitirəlik yaranması haqda şaiyələr dolaşır. Lakin hakim komanda vahid şəkildə seçkidə iştirak edəcək. Prezident İlham Əliyevin növbəti dəfə namizədliyini irəli sürməyəcəyini deyənlərin də fərziyyələri boşa çıxır. YAP əvvəldən bəyan edib ki, partiyanın namizədi İ.Əliyevdir. Lakin onu da demək lazımdır ki, seçkilər gərgin keçəcək.

Ölkədə qarışıqlıq salmaq istəyən müəyyən destruktiv qüvvələr var, onlarla əməkdaşlığa meyilli partiyalar və QHT-lər mövcuddur, habelə Rusiyadakı “Milyarderlər ittifaqı” üzvlərinin dirilməsini müşahidə edirik.

Bu azmış kimi Surət Hüseynov kimi köhnə agentura şəbəkəsinin adamları meydana çıxıblar. Belə görünür ki, asan seçki olmayacaq.

Bununla belə, xalqın dəstəyini və etimadını qazanmış İ.Əliyevin seçkilərdə xalqın səsini alacağı şübhə doğurmur. İndiki nüfuz, siyasi şərait, reallıqlar, sorğular və reytinq belə deməyə əsas verir.

İqtidardakı mötəbər mənbələrdən sızan məlumata görə, İ.Əliyevin 2018-ci il seçkilərindən sonra komandada həm kosmetik, həm real dəyişikliklərə gedəcək.

Lakin indi komandanın köklü şəkildə demontaj edilməsinə zərurət yoxdur. Bu, həm də seçkiqabağı iqtidardan çıxan müxalifətin formalaşmasına səbəb ola bilər.

Onsuz da komanda daxilində narazılar var və onlar referendumdan sonrakı idarəçilikdə mövqelərinin zəifləməsindən gileylidirlər. Odur ki, bu qüvvələrin mərkəzdənqaçma meylləri yarana bilər.

Kəsəsi, İ.Əliyevin 2018-ci ildə Azərbaycanın ilk 7 illik prezidenti seçilməsi üçün bütün yollarda “yaşıl işıq” görünməkdədir. Ondan sonra biz refreş edilmiş yeni komanda görə bilərik.

Hər halda referendumdan sonra cərəyan edən hadisələr, verilən qərarlar və yeni siyasi-iqtisadi modeldən çıxan nəticə ondan ibarətdir ki, İlham Əliyev yeni Azərbaycan hakimiyyəti qurmağa hazırlaşır.

Ulus.Az



Oxunub: 839



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]