Ziya Məmmədovla Samir Şərifov üçün Fərhad Əliyev ssenarisi? - şok iddialar

Ziya Məmmədovla Samir Şərifov üçün Fərhad Əliyev ssenarisi?
Azərbaycanda seçkilər yaxınlaşdıqca müəyyən həyəcan var narahatlıq hiss olunmaqdadır

Ulus.Az-a iqtidardakı mötəbər qaynaqlardan sızan xəbərə görə,
xarici təhdid müxtəlif siyasi ssenarilərin tərkib hissəsi olaraq start götürüb.

Məlumatda bildirilir ki, seçkiqabağı Surət Hüseynov və Abbas Abbasovun meydana çıxması müəyyən şübhələrə yol açıb. Amma onların tək olmadığı və iqtidar komandasında da əlaqələr qurduqları söylənir.

Məsələn, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun AST Telman və Abbas Abbasovla əlaqələri var. Həmçinin, maliyyə naziri Samir Şərifovun üç ölkənin agenti olması haqda ittihamlar səslənmişdi. Bu da naziri ön plana çıxarır.

Əgər belə bir projedə onların əli olarsa, Fərhad Əliyev aqibətinin təkrarlanacağı istisna deyil. Amma bütün bunlar iddialardır. Fakt isə ondan ibarətdir ki, S.Şərifovun üç ölkə agenti olduğu açıqlanıb, Z.Məmmədovun isə A.Abbasovla münasibətləri var.

Biri “vurulmuş” keçmiş nazir, digəri isə yenicə üzərindən təhlükələr sovuşan və daim nəzarətdə olan nazirdir. Hətta “qiyamçı” səfir Arif Məmmədovun da sabiq nazirlə dostluğu şübhələri gücləndirir.

Məlumata görə, Ziya Məmmədovun “vurulmasında” baş naziri keçmiş müavini Abbas Abbasov faktoru rol oynayıb.

Bildirilir ki, Abbas Abbasov hakimiyyətin hədəfinə gələndən sonra da Ziya Məmmədovun onunla əlaqəsi olub. Onlar mütəmadi olaraq telefon əlaqəsi saxlayıblar.

Ziya Məmmədovla Abbas Abbasovun nə danışdığı, nələr barədə müzakirə aparmasının təfərrüatları bizə bəlli deyil. Bilinən odur ki, onlar telefonla danişmaq üçün başqa nömrələrdən istifadə ediblər.

Lakin Abbas Abbasovun yanına yerləşdirilən Azərbaycan hakimiyyətinə yaxın şəxslər bunu bilib və dərhal informasiyanı Bakıya ötürüb.

Ulus.Az-a iqtidardakı mötəbər qaynaqlardan sızan xəbərə görə, S.Şərifovdan daha çox Z.Məmmədovu təhlükə gözləyir.

Onun Trampla əlaqələri, Rusiyaya bağlılığı eks-naziri hədəfə çıxarır. Qarşıdan gələn seçkilərdə isə narazı nazirin hansı yolu seçəcəyi bilinmir.

Bildirilir ki, Abbas Abbasov Rusiyada yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATI) əsas memarlarından biri sayılırdı. Bu ittifaqın yaranma səbəbi isə onun vasitəsi ilə Moskvanın ölkəmizin iç işlərinə siyasi müdaxiləsi olaraq göstərilirdi.

Məhz bu səbəbdən Ziya Məmmədovun həmin siyasi baxımdan gərgin aylarda, Abbas Abbasovun Rusiya hakimiyyətinin siyasi maraqları prizmasından çıxış etdiyi və iqtidar içindəki bəzi dairələrə davamlı tənqidi ismarıçlar göndərdiyi dövrdə birbaşa təmas qurması suallar yaradır.

Hələ aylar əvvəl KİV-də belə iddialar dolaşırdı ki, RATİ-nin aparıcı simalarından biri "AST" şirkətlər qrupunun rəhbəri Telman İsmayılovdur və onunla Ziya Məmmədovun dostluq münasibətləri var.

Eyni zamanda onların ortaq biznesinin olduğu da bildirilirdi. İddia edilirdi ki, Telman İsmayılovla dostluq Ziya Məmmədovla RATİ-nin sədri olmuş baş nazirin sabiq müavini Abbas Abbasov arasında da isti münasibətlər yaradıb.

Sonradan isə Məmmədov artıq Abbasovla birbaşa təmaslara keçib, onunla telefon bağlantıları quraraq hansısa dialoqdan çəkinməyib.

Bu arada daha bir ilginc iddia ondan ibarətdir ki, keçmiş nəqliyyat nazirinin eks-deputat qardaşı Elton Məmmədovun Çeçenistanda biznesi var. Onun bunu nazir qardaşından xəbərsiz etdiyini düşünmək sadəlöhvlük olardı.

Hazırda Məmmədovlarla Çeçenistan prezidenti Ramzan Kadırov arasında yaxşı işgüzar münasibətlərin olduğu bildirilir.

Ulus.Az



Oxunub: 1645



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]