Böhran bitir… Hökumətin sahibkarlara yaratdığı sənaye məhəlləsi nə verəcək? - ÖZƏL

Hökumətin sahibkarlara yaratdığı sənaye məhəlləsi nə verəcək?
Sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir

Ulus.Az-ın məlumatına görə,
artıq ölkəmizdə 2 sənaye məhəlləsi mövcuddur. Bunlar Neftçala və Masallı sənaye məhəllələridir.

Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi baxımından bu sənaye məhəllələri çox vacibdir.

Neftçala Sənaye Məhəlləsində 3 müəssisə artıq fəaliyyətə başlayıb, daha 6 müəssisənin isə bu il fəaliyyətə başlaması nəzərdə tutulur.

Masallı Sənaye Məhəlləsinə isə sahibkarlar tərəfindən böyük maraq göstərilir və artıq onlar tərəfindən dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub.
Sənaye zonasının layihələndirmə işləri tamamlanıb və bu yaxınlarda infrastrukturunun yaradılması işlərinə başlanılacaq.

Hazırda Ağdam, Ağstafa, Qazax və digər rayonlarda da sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır.

İyulun 25-də isə Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb.

Sənaye məhəlləsi üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə verilir və yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsədilə istifadə edilir.

Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin iştirakçılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.

Sənaye məhəllələrinin üstünlüyü nədən ibarətdir? İlk növbədə sahibkar öz müəssisəsi üçün infrastrukturun yaradılmasına pul xərcləmir.

Sənaye məhəllələrinin ərazisində xarici və daxili infrastrukturun (elektrik enerjisi və isitmə, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektləri, inzibati obyektlər və s.) yaradılması nəzərdə tutulur.

Ulus.Az-ın məlumatına görə, sənaye məhəllələrində fəaliyyət göstərən sahibkarlara müəyyən məsləhət xarakterli yardımlar da edilir.

Sənaye məhəllələri dövlətin sənaye potensialının inkişaf zəncirində növbəti və möhkəm halqaya çevrilməklə ölkənin ixrac strukturunun qeyri-neft sektoru lehinə dəyişdirilməsinə ciddi şəkildə kömək edir.

Həqiqətən bu gün Azərbaycanda sənayenin inkişafını şərtləndirən amillər çoxdur. Bunlardan biri makroiqtisadi sabitlikdir. Digər mühüm amil olaraq son illərdə yaradılmış güclü sənaye potensialıdır.

Yeni qeyri-neft sənaye sahələrinin yaradılması üçün karbohidrogen ehtiyatları ilə yanaşı, dəmir filizi, qızıl, mis, alunit və digər zəngin təbii ehtiyatlar da çox mühüm amildir.

Dünyanın ən iri enerji layihələrindən olan “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılması hələ uzun illər ölkə iqtisadiyyatına, xüsusilə sənayenin inkişafına öz töhfəsini verəcək.

Ölkəmizdə həyata keçirilən uğurlu sənayeləşmə siyasəti yeni dövrün tələblərinə uyğunlaşdırılmaqla davamlı iqtisadiyyatın sənayeləşməsini sürətləndirəcək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsini təmin edəcək.

Modern sənayeləşmə istiqamətində həyata keçirilən hər bir layihə Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş proqramdır.

Bütün bunlar isə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb.

Ulus.Az



Oxunub: 3580



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]