Nazirlər Kabineti kölgədə, vitse-prezidentlərin təyinatı isə 2018-ə qaldı - Pərdəarxası

Nazirlər Kabineti kölgədə, vitse-prezidentlərin təyinatı isə 2018-ə qaldı
Nazirlər Kabinetinin islahatların lokomotivi olmadığını Prezident Administrasiyası rəsmiləri də dilə gətiriblər

Ulus.Az yada salır ki,
referendumdan əvvəl PA rəsmiləri vitse-prezidentlik institutunun yaradılmasının əhəmiyyətini vurğulayırdılar.

Gözlənilirdi ki, NK-nin ləğvinə də hazırlıq gedə bilər. Doğrudur, bunun baş verməsi nəzəri baxımdan mümkün deyil.

Lakin zaman sübut etdi ki, vitse-prezidentlik institutu NK-nı qabaqladı. Bu gün I vitse-prezidentin fəaliyyəti NK-nin bütövlükdə gördüyü işlərdən irəlidədir.

Amma digər vitse-prezidentlər hələ ki təyin olunmayıb. Belə görünür ki, 2018-ci il prezident seçkilərindən sonra vitse-prezidentlər müəyyən ediləcək. Ancaq NK kölgədə qaldı, getdikcə səlahiyyətləri azaldılır, hətta Artur Rasi-zadədən sonra bu strukturun mövcud olacağı da sual doğurur.

Ziya Məmmədovla birgə nazirliyin başqa bir nazirliyə birləşdirilməsi kimi vitse-prezidentlərin təyinatı da bu strukturun formalaşdırılıb NK-nin tamamilə ləğvinə gətirib çıxarması ilə müşayiət oluna bilər.

Digər bir tərəfdən, nəinki baş nazir, nazirlər kabineti, ümumiyyətlə, hakim komandanın tərkibində ciddi, əsaslı dəyişikliklər getməlidir. Uzun illərdir eyni postda oturan insanlar idarəçilikdən uzaqlaşdırılmalıdır.

Ulus.Az xəbər verir ki, hakimiyyətin yeni idarəçilik sistemi Nazirlər Kabinetini lazımsızlaşdırıb. Hətta baş nazirin müavinləri, bəzi nazirlər də vəzifəsini itirə bilər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyindən artıq A.Rasizadə "əvəzedilməz ikinci şəxs" statusunu itirib.

İndi ölkənin ikinci şəxsi birinci vitse-prezidentdir. O biri tərəfdənsə, ölkədə işlək baş nazirə ehtiyac var ki, 82 yaşlı Rasizadə bu standarta qətiyyən cavab vermir.

Yaşlı nazirlərin rəhbərlik etdiyi Nazirlər Kabineti islahatlara mane olan qurum təsiri bağışlayır. Qurumun fəaliyyətsizliyini illik hesabatlarında da görmək mümkündür.
Nazirlər Kabineti demək olar ki, hər il eyni hesabatlarla çıxış edir.

Bu baxımdan da hər kəs Nazirlər Kabinetində islahatların aparılacağını və baş nazir postuna gənc, perspektivli, işlək bir şəxsin gətiriləcəyinə ümid edirdi. Ancaq hələ ki, bu istiqamətdə hansısa ciddi addımların atılacağı görünmür.

Gözlənti budur ki, bütün işlər birinci vitse-prezidentin nəzarətinə keçəcək. Əgər belədirsə, ümumiyyətlə, baş nazir postu ləğv edilsin, səlahiyyətlər verilsin vitse-prezidentə, zatən bu gün Nazirlər Kabinetinin gözəgörünən fəaliyyətləri yoxdur.

Biz bu siyasətin aydın mənzərəsini 2018-ci ildə görəcəyik. Hökumət seçkilərdən sonra ölkədə əsaslı dəyişikliklərin təməlini qoyacaq.

Ulus.Az



Oxunub: 4273



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]