Ölkədən üz çevirən “5-ci kolon”un köhnə qvardiyası kimlərdi? - Ulus.Az araşdırması...

Ölkədən üz çevirən “5-ci kolon”un köhnə qvardiyası kimlərdi?
Azərbaycana qarşı düşmən gözü ilə baxan keçmiş hökumət adamları var; Onlar ağalarının kürəyini söykəyərək məqam gözləyirlər. Belələri 5 ildən bir peyda olurlar...

Ulus.Az-ın Analitik Şöbəsinin xəbərinə görə,
Sürət Hüseynov, Abbas Abbasov, Rəhim Qazıyev, Lalə Şövkət, Eldar Namazov keçmiş hökumət adamlarıdırlar.

Onların siyasi fəallığı da yoxdur. Amma elə ki, seçkilər yaxınlaşır, siyasi meyitlər xortlayır. Onların Rusiyaya bağlılığı haqda dəfələrlə açıqlamalar, bəyanatlar səslənib.

Bu siyasət adamlarının uğursuzluğu, daima məğlubiyyəti onları Azərbaycandan üz çevirməyə və məkrli planlarda yer almağa vadar edib.

Bu sırada Əlikram Hümbətov xüsusi xainliyi ilə seçilir. Adıçəkilən digər hökumətin keçmiş adamları isə 5-ci kolondan komandan əmri gələn kimi dərhal dirilirlər.

2018-də biz onların daha çox fəallığına şahidli kedəcəyik. Di gəl ki. yenə də heç nəyə nail olmayacaqlar. Onsuz da Azərbaycana və xalqa bütün pislikləri ediblər.

Bu şəbəkənin yenidən fəallaşması, 5-ci kolonun köhnə qvardiyasının, qocalar evinin aktivləşməsi hansısa siyasi ssenarilərin tərkib hissəsidir. Bu qüvvələr isə cəmiyyətə də, müxalifətə də, hakimiyyətə də çox tanışdır. Çətin ki, onlara yaxın gedən olsun.

Ulus.Az-ın Analitik Şöbəsinin xəbərinə görə, Azərbaycanın keçmiş baş naziri Surət Hüseynov azadlığa buraxılaraq, ölkəni tərk etdikdən sonra sosial şəbəkələrdə görünməyə başlaması xüsusi qeyd edilir.

S.Hüseynovun qəfil meydana çıxması təsadüfi deyil. Regionda hansı proseslərin getdiyini və Moskva-Bakı münasibətlərində nələrin cərəyan etdiyini təhlik etdikdə Surətin sürətli gəlişini anlamaq olur.

Uzun müddətdir ki, Türkiyədə bizneslə məşğul olduğu deyilən sabiq baş nazir haqqında mediada ara-sıra xəbərlərə rast gəlmək olurdu.

Lakin Hüseynovun yenidən fəal siyasətə qayıdacağını düşünməyə əsas verən addımları və hazırlıqları barəsində nəsə deyilmirdi.

Lakin “Facebook”da Surət Hüseynovun adına səhifə açılması və son halını əks etdirən fotoşəkillər paylaşması onu yenidən müzakirə obyektinə çevirib.

Sabiq hökumət başçısının şəkillərindən də açıq görünür ki, Hüseynovun əhvalı yaxşıdır, hər hansı sıxıntısının olduğu hiss edilmir.

Onun kamera qarşısında əmin-arxayın, hətta bir qədər çağırışçı tərz alması Hüseynovun ambisioz xarakteri üçün təəccüblü deyil.

Nə qədər təcccüblü olsa da, Hüseynov profilin təqdimat hissəsində “Azərbaycanın xalq qəhrəmanı, Azərbaycanın keçmiş baş naziri, Qarabağ müharibəsinin komandiri, Azərbaycan prezidenti” kimi qeydlər yazılıb.

Bəli, Hüseynov 1993-94-cü illərdə Azərbaycanın baş naziri olub, ondan əvvəl Qarabağ cəbhəsinin komandiri təyin edilib, 1992-ci ildə Milli Qəhrəman adı alıb. Lakin heç vaxt nəinki Azərbaycan prezidenti, heç prezidentliyə namizəd də olmayıb.

Bu qeyd Surət Hüseynovun yenidən siyasi iddiaya düşdüyünü söyləmək üçün bəs edir. Aydın məsələdir ki, keçmiş baş nazir səhifədə özü haqqında yazılmış bu məlumatlardan xəbərsiz ola bilməz.

Ulus.Az



Oxunub: 1120



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]