SOCAR-ın “Rosneft” və “Qazprom”dan müdhiş fərqi nədir? - Faktlar/Rəqəmlər

SOCAR-ın “Rosneft” və “Qazprom”dan müdhiş fərqi nədir?
“Rusiyanın iri neft şirkətlərinin 2016-cı il üzrə hesabatlarına baxıram, maraqlı məqamlar var. Əvvəlcə onu deyim ki, SOCAR-dan iraq, hesabatları normal, beynəlxalq standartlara yaxın tərtib edilib”. Ulus.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli Feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Rusiyada geniş yanacaqdoldurma məntəqələri şəbəkəsinə malik olan “Rosneft” və “Qazpromneft” illik hesabatlarında öz yanacaqdoldurma məntəqələrində il ərzində satdığı kofe miqdarını və satışdan əldə etdiyi gəliri də açıqlayıb:


- “Rosneft” 2016-cı ildə öz yanacaqdoldurma məntəqələrində 29 mln. fincan kofe satıb, satışdan gəliri 2,4 mlrd. rubl, yəni 41,3 mln. dollar olub.

- “Qazpromneft” 2016-cı ildə 21 mln. fincan kofe satıb, satışdan gəliri 2,1 mlrd. rubl, yəni 35,6 mln. dollar olub.

Mən anlayıram ki, Rusiya bazarı böyükdür, ərazisi çoxdur, amma orada bazar liberaldır, bazar oyunçuları çoxdur, qiymətləri dövlət tənzimləmir.

Onların “Tarif Şurası” yoxdur, bizdə SOCAR inhisarçıdır, bazarı tam nəzarətdə saxlayır, yəni, Rusiyada bir şirkətin bazardan aldığı pay, elə SOCAR-ın bütün ölkədəki payına yaxındır”.

Ekspert qeyd edib ki, “Rosneft” tək kofedən ildə 41,3 mln. dollar (70 mln. manat) qazanır, bizdə isə SOCAR həm büdcədən dotasiya alır, həm də qiymət qaldırıb pul qazanmaq istəyir, başqa yollar düşünə, effektiv iradəetməni, şəffaf hesabatlılığı təşkil edə bilmir.

Ulus.Az xəbər verir ki, SOCAR-ın inhisarçılığıtəkcə bu sahə üzrə deyil. Məsələn, sənədlərin hazırlanması prosesi ASAN xidmətdə həyata keçirilsə də, vətəndaş yenidən qaz çəkilişi üçün mənbəyi və mənşəyi bəlli olmayan “Global Services” MMC-yə üz tutmalıdır.

Nədən “Global Services” MMC-yə? Məsələnin əsas kökü də buradadır. Cənab Abdullayev texniki şərtlə bağlı bəzi məqamları aydınlaşdırmayıb. Belə ki, texniki şərtin alınması üçün ümumi qaydaların 5.2 bəndi kobudcasına pozulub.

Orada göstərilir ki, layihə-smeta sənədlərinin hazırlanması obyektlərin qazlaşdırılması üzrə xüsusi (lisenziya) olan istənilən layihə təşkilatlarına sifariş verilə bilər.

Lakin “Azəriqaz” İstehsalat birliyi həmin 5.2 bənddə dəyişiklik edərək ASAN xidmətin bir növ müstəqilliyini əlindən alaraq oradakı maddəyə “Layihə-smeta sənədlərinin hazırlanması “Azəriqaz” İB-nin baş podratçısı “Global Services” MMC layihə təşkilatına sifariş verilməlidir” sözlərini yazıb.

Təəssüf ki, SOCAR-ın süni surətdə yaratdığı monopoliyası bu imkanları sadə vətəndaşların, o cümlədən sahibkarların üzünə bağlayır. O cümlədən, “Global Services” MMC tək layihəçi olduğu üçün burada istədiyi qiyməti də özü qoya bilər.

Ulus.Az



Oxunub: 255



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]