Prezident Tarif Şurasının qərarını ləğv edə bilər: “Xəbəriniz var xalq necə yaşayır?” - Təfərrüat

“Xəbəriniz var xalq  necə yaşayır?”
“Əsgər analarına dəstək” cəmiyyəti sədri Mətanət Əsgərqızı prezident İlham Əliyevə müraciət edib

Ulus.Az-ın verdiyi xəbərə görə,
cəmiyyət tərəfindən Aİ-92 benzinin qiymətinin qalxması, iqtisadiyyata və aztəminatlı ailələrin büdcəsinə ciddi şəkildə zərbə vurulması narazılıqla qarşılanıb.

“Siz bilirsiz ki, xalqımız kritik anlarda vaxtilə ulu öndər Heydər Əliyevin, daha sonralar hər prezident seçkisində Sizin yanınızda oldu. Prezidentimiz - deyib, ətrafınızda sıx birləşdik.

Lakin cənab İlham Əliyev, xəbəriniz varmı xalqımız necə yaşayır??? Haqları, hüquqları necə pozulur??? Dəniz bizim deyil. Kürü bizim deyil. İstirahət məkanlarında dincəlmək bizlik deyil.

Maaşlarımız çox aşağı, müalicə haqlarımız sıfıra bərabər, şəhid, əlil və müharibə veteranlarına hər addımda hörmətsizlik, siyahını uzada bilərəm.

Müharibəyə cəlb olunmuş ölkənin hər bir vətəndaşının əhvalı, dolanışığı yüksək olmalıdı ki, o düşmənə qalib gəlsin. Bank borcunda məhv olan, tez-tez baş verən qiymət artımlarında insanlar ancaq özlərini, ailələrini düçünməyə başlayıblar.

Və ən qorxunc olan "hər şey cəhənnəmə olsun" ifadələrini insanlar daha çox işlətməyə başlayıblar. Niyə, çünki insanlar madiyyatla sınağa çəkiliblər. Bu çox təhlükəlidir.

Ulus.Az-ın verdiyi xəbərə görə, cəmiyyətin prezidentdən gözləntisi var. Xalq ümid edir ki, ölkə başçısı Tarif Şurasının qərarını ləğv edəcək.

Çünki benzinin qiyməti məhz ucuz avtomobildən istifadə edənlərin büdcəsinə təsir edəcək. Eyni zamanda başqa sahələrdə bahalaşmaya gətirib çıxaracaq.

Bu da iqtisadi vəziyyəti getdikcə gərginləşdirə bilər. Sadə camaatın 2015-ci ildən pisləşən sosial vəziyyətinin düzəldilməsi prezidentdən asılıdır. Məmurların özbaşına addımları, qərarları xalqla prezidenti, dövləti qarşı qarşıya qoyur.

QHT sədri açıq mətnlə bu fikirləri yazıb: “Hörmətli cənab İlham Əliyev! Bilirəm, sizə "millət əla yaşayır" arayışlarını tez-tez verirlər. Sabun köpüyündən ibarət siyahılar təqdim olunur. Çünki toxun acdan xəbəri yoxdur.

Nəhayət, insanlarımızın həyat səviyyəsinin yüksəldilməsi üçün addımların atılması gərəkli deyilmi??? Neft ölkəsində qaz və benzinin qiymətinin belə yüksək olması nə qədər doğrudur???

Mən həyət evində yaşayıram. Qazın qiymətinin artmasından sonra limit qoyuldu, 1800 kub, bilirsizmi belə evlərdə yaşayanlara iki aya kifayət edir. Bəs sonra, aldığımız maaş ançaq kommunal xərclərə kifayət edir.

Son benzin artımı ölkədə hər şeyin 50% artması deməkdir. Vətəndaşlar belə dönəmə girməyə hazırdılarmı? Əmrlər, qərarlar, sərəncamlar imzalanarkən ilk olaraq bunlara diqqət yönəldilməlidir”.

Ulus.Az



Oxunub: 21526



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]