Elman Rüstəmov sahibkarları pulsuz qoyub: İnflyasiyanı cilovlanmır - Fakt

İnflyasiyanı cilovlanmır
Sahibkarlar pulsuz qalıblar. İqtisadiyyat getdikcə daralır, bazar kiçilir, dövriyyə azalır

Bunu Ulus.Az-ın İqtisadiyyat Şöbəsi ekspertlərə istinadla yazıb.


Məlumatda deyilir ki, proses belə uzun müddət davam edə bilməz.

Sərt pul-kredit siyasəti həyata keçirilməsinə baxmayaraq, inflyasiyanı cilovlamaq mümkün olmayıb, hələ ki ikirəqəmli olaraq qalmaqdadır.

Sərt pul-kredit siyasəti isə Mərkəzi Bank sədri Elman Rüstəmov tərəfindən başlanıb. Baş bankirin isə növbəti yanlış siyasəti sahibkarları çıxılmaz vəziyyətlə üzləşdirib.

2015-ci ildən başlayaraq iqtisadiyyatda çox hadisələr yaşandı: manat dəyərini itirdi, qiymətlər bahalaşdı, bankların bir hissəsi bağlandı, əmanət və kredit qoyuluşu azaldı, bəzi yerli və xarici şirkətlər bazarı tərk etdi və s.

Təsadüfi deyil ki, son iki ildə ölkənin iqtisadi gündəmini məhz devalvasiya təhlükəsi, bankların bağlanması kimi mövzular zəbt edib. Şirkətlər bağlanır, maaşlar azaldılır, işsizlik artır… Bəs bu vəziyyət haçanadək davam edəcək?

Ulus.Az yazır ki, sərt pul-kredit siyasətindən imtina oluna bilər. Milli valyutanın devalvasiya ölkənin makroiqtisadi sabitliyinin pozulması riskini artırıb və proses yekunlaşmayıb. Götürək ümumdaxili məhsulun vəziyyətini.

Devalvasiyadan öncəki 2013-cü ildə ÜDM 5.8% artdığı halda, neftin qiymətinin kəskin azaldığı 2015-ci ildə artım tempi zəifləyərək 1.1% təşkil edib.

2016-cı ildə isə 4%-ə yaxın azalıb. Manatın ucuzlaşması idxaldan asılı olan iqtisadiyyatımızı yüksək inflyasiya idxalına məruz qoydu.

Devalvasiyanın sahibkarlığa təsirini qiymətləndirmək üçün rəsmi məlumatların analizi ilə yanaşı, sahibkarlar arasında sorğu və müsahibələr də aparılıb.

Əsas təsirlərdən biri mallara və xidmətlərə tələbatın azalması nəticəsində sahibkarlıq subyektlərinin dövriyyələrinin kəskin azalmasıdır. Milli valyutanın xarici valyutalara münasibətdə dəyərini itirməsi qiymətlərin artmasına gətirib çıxarıb.

Digər tərəfdən, əhalinin gəlirlərinin qiymət artımına adekvat olmaması, yəni real gəlirlərinin azalması alıcılıq qabiliyyətinə təsir edib və mallara və xidmətlərə tələbatı azaldıb.

Ulus.Az



Oxunub: 562



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]