“Cənab prezident, yalvarıram, bərdəliləri Vidadi İsayev zülmündən qurtarın” - Tükürpədici video

“Cənab prezident, yalvarıram, bərdəliləri Vidadi İsayev zülmündən qurtarın”
Bir neçə gündür ki, mətbuatda səs-küy yaradan, sosial şəbəkələrdə ciddi reaksiya doğuran və cəmiyyətin məmur özbaşınalığına sərt etirazı ilə qarşılanan bir müraciət müzakirə olunmaqdadır; Söhbət jurnalist, Ağdamdan məcbur köçkün, şəhid ailəsi olan Xəyyam Salmanzadənin prezidentə müraciətində açıqladığı məqamlardan gedir...

Ulus.Az xəbər verir ki, qardaşı Bəxtiyar Ağdamda gedən döyüşlər zamanı erməni əsirliyində olan əlli nəfərə yaxın zabit və əsgərimizi azad edərək, şəhid olan X.Salmanzadə üç övladı ilə internat məktəbinə sığınıb və çıxılmaz vəziyyətdədir.

Onun sözlərinə görə, həyat yoldaşı və bir övladı ağır xəstədir və belə bir şəraitdə yaşayır. Jurnalist prezidentə müraciətində qeyd edib ki, prezidentin siyasətini dəstəkləyir.



Onun müraciətinə səbəb yaşadığı Bərdə rayonunda rəhbərlik edən icra başçısı Vidadi İsayevdir.

X.Salmanzadə bildirib ki, icra başçısının fəaliyyəti prezidentin siyasi kursuna ziddir: “O, nə vətəndaşları qəbul edir, nə şikayətləri dinləyir, nə də məcburi köçkünlərə, şəhid ailələrini sayır. İnsanlara yuxarıdan aşağı baxır.

Bir müddət əvvəl şəhid xanımı Yasəmən İsmayılovanın mətbuatda müraciəti yayılmışdı. Şəhid xanımı Vidadi İsayevin qəbuluna düşmək istəyirmiş, əvəzində başçı onu qapıdan qovdurmuşdu, polisə şikayət etmişdi.

Başqa bir şəhid ailəsi - Bəxtiyar Qurbanov dəfələrlə müraciət edib, amma qəbuluna düşə bilməyib.

“Cənab prezident, yalvarıram, bərdəliləri Vidadi İsayev zülmündən qurtarın”
(Vidadi İsayev onun qəbuluna gələn şəhid ailələrini, məcburi köçkünləri belə qarşıladır)

Elə bilirdim ki, təkcə mənimlə bağlıdır, amma məlum oldu ki, Vidadi İsayev heç bir şəhid ailəsini saymır. Ona görə də cənab prezident, bu məmurun fəaliyyəti sizin uğurlarınıza kölgə salır”.



X.Salmanzadə deyib ki, Daxili İşlər naziri Ramil Usubova müraciət edəndə qəbuluna düşmüşdü: “Cənab nazir şəxsən məni qəbul etdi və problemimi həll etdi. Amma üç ildir ki, Vidadi İsayevə müraciət edirəm, məni qəbul etmir”.

Jurnalist başqa bir misal kimi göstərib ki, Bərdənin ica başçısı “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerli şöbəsinin xidməti maşınını ələ keçirib.

Bərdə Rayon Suvarma Sistemlər İdarəsinə məxsus olan 09 AA 114 dövlət nömrə nişanlı “Hundai ix 35” markalı avtomobil V.İsayevin idarəçiliyindədir.

Bərdə Rayon Suvarma Sistemlər İdarəsinin sabiq rəisi Namiq Əhmədov xidməti avtomobili V.İsayevə vermək məcburiyyətində qalıb. İcra başçısı xidməti avtomobili xanımına bağışlayıb.

“Cənab prezident, yalvarıram, bərdəliləri Vidadi İsayev zülmündən qurtarın”
(Videoda qeyd olunan maşın Vidadi İsayevin xanımın müdiri olduğu Arxiv idarəsinin qarşısında dayanıb)

İcra başçısının həyat yoldaşı Yevlax Rayon Arxiv İdarəsinin direktoru vəzifəsində çalışır və N.Əhmədovun həmin maşını onun ixtiyarına verdiyi bildirilir.

X.Salmanzadə əlavə edib ki, prezident sərəncamı ilə Heydər Əliyev adına park tikilib:

“Cənab prezident, yalvarıram, bərdəliləri Vidadi İsayev zülmündən qurtarın”
(Ümumilli liderimizin adını daşıyan və şəxsən cənab Prezidentin milyonlarla pul ayırıb açılışını etdiyi parkın durumu. Foto 20 gün öncə çəkilib)

“Ancaq Vidadi İsayev parkın içində oğluna bahalı çay evi tikdirib.

Həmin parkı Sabirabad və Şirvandan olan sahibkarlara icarəyə verib. Ümumilli liderin adını daşıyan park uşaqların istirahəti, əylənməsi üçün salınıb.

“Cənab prezident, yalvarıram, bərdəliləri Vidadi İsayev zülmündən qurtarın”
(Cənab prezidentin pul ayırıb, şəxsən açılışın etdiyin parkın velosepedləri yoxa çıxıb. Olmaya idarə müdirinin maşını zorla əlindən alıb, arvadına verən başçı bəlkə velosepedləri də nəvələrinə hədiyyə edib?)

Amma park ödənişlidir. Hansısa parkda attraksion pullu ola bilər, amma içərinin bir yerinə girmək də pulludur. Park dağılıb, velosipedlər yoxdur, qiymətlər bahadır.

“Cənab prezident, yalvarıram, bərdəliləri Vidadi İsayev zülmündən qurtarın”
(Bərdədə Heydər Əliyev adına parkda uşaq əyləncəsinə giriş 50 qəpik...)

Bundan əlavə, məcburi köçkünlər üçün salınmış qəsəbədə kürəkəninə çörək zavodu tikdirib. Xocalı sakini Türbəndiyev İntiqam mağaza tikdirmək istədi, ona imkan vermədi.

Yevlaxda qonşusunun torpağını zorla əlindən alaraq özünə villa tikdirib. Orda Bərdənin balansnda olan texnikadan istifadə olunub. Göygöl Mixaylovka kəndində villa tikdirib.

Heç villaya nə vaxt getdiyini bilmir. Bacanağına Bərdənin Sənaye küçəsində tamet sexi açıb. Bundan başqa, Vidadi İsayevin balıq vətəgələri, gölməçələri var”.

“Cənab prezident, yalvarıram, bərdəliləri Vidadi İsayev zülmündən qurtarın”
(İcra başçısının məcburi köçkünlərə göstərdiyi diqqət və qayğısı fotoda əksini tapıb)

Müraciətdə deyilir ki, Bərdənin icra başçısının kadr siyasəti bərbaddır: “Bu adamın kadr seçimi Tərtər və Yevlaxdandır. Yerli adamlar işsizlikdən başqa ölkələrə üz tutur.

Onun sağ əli Bərdə RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Bəylərovdur.

Onun qardaşı Vidadi Bəylərov Tərtərin icra başçısı müavini vəzifəsindən oğlunun avtoxuliqanlığı nəticəsində adam öldürməsinə görə işdən çıxarıldı.

Bunu da mən ictimailəşdirdim. Çünki prezident deyib ki, ictimai nəzarət olmalıdır. Həmin adamın qardaşı Zaur Bəylərov Bərdədə insanlara zülm edir. Onun əlindən bərdəlilər şəhərdən baş götürüb qaçmaq məcburiyyəti ilə üzləşib.

Z.Bəylərov hər dəfə pul yığımından yuxarıların adından sui-istifadə edir. Məmurlar isə qorxusundan səsini çıxara bilmir.

“Cənab prezident, yalvarıram, bərdəliləri Vidadi İsayev zülmündən qurtarın”
(Zaur Bəylərov)

Çünki şöbə müdiri onları təhdid edir, işdən azad etməklə hədələyir. Bu gedişlə bələdiyyə və icra nümayəndələrinin özlərinin kütləvi şəkildə istefa verəcəyi gözlənilir.

İcra nümayəndələri hər ay məcbur qalıb tələb olunan pulu vaxtında çatdırırlar, bəziləri isə işindən imtina etmək istəyəndə Z.Bəylərov onları ilişdirməklə, prokurorluğa dosye göndərməklə təhdid edir.

Yada salaq ki, Z.Bəylərov Novruz bayramında icra nümayəndələrinin başına oyun açmışdı. Onların hər biri 5 hinduşka, 10 yumurta, 10 toyuq, 5 kilo mal əti və 5 qaz-ördək Z.Bəylərovun təsərrüfatına göndərmişdi.

Guya bu ərzaq tədarükü Prezident Administrasiyasındakı rəsmilərə çatır. Zaur Bəylərov əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tərtər rayon şöbəsində müdir müavini vəzifəsində çalışmışdır. Zaur Bəylərova qayınatası və qayınanasına da icra hakimiyyətində iş verib”.

“Cənab prezident, yalvarıram, bərdəliləri Vidadi İsayev zülmündən qurtarın”
(İcra başçısı əhalini qəbul etməyəndə, problemləri ilə maraqlanmayanda vətəndaş ya soyunmaqla etiraz edər, yada intihar edər... Hər iki foto Bərdədə çəkilib)

X.Salmanzadə bildirib ki, Z.Bəylərov rayona dotasiya kəsilib deyə qeyri-qanuni yığımla məşğul olduğunu etiraf edib:

“Vidadi İsayev mənə lazımsız ərazidə 30-40 kvadrat metr mağaza yeri vermişdi. Mən oranı zülmlə tikdirib sonra satdım, yoldaşımın və balamın müalicəsinə xərclədim.

Dəfələrlə ona müraciət etmişəm ki, işsizəm, işlə təmin et, şəhid ailəsiyəm, qəlbimiz qırıqdır. Ancaq heç qəbul etmir. Mənə sahibkarlıqla məşğul olmaq üçün yer verməsini xahiş etmişəm ki, ailəmi dolandırım.

Deyir ki, bir dəfə vermişəm. Amma o yer lazımsız bir ərazi idi və satmalı oldum ki, ailəmin müalicəsinə xərcləyim. Bütün bu çıxışımdan Vidadi İsayev barəmdə müxalifətçi imici yarada bilər.

Amma qətiyyən belə deyil və dövlətçiliyə bağlıyam. Sadəcə, Vidadi İsayev bizi intihar həddinə çatdırıb. Ailəmin yanında xəcalətliyəm, uşaqların vaxtında dərmanını ala bilmirəm.

Sizdən xahiş edirəm ki, bizi Vidadi İsayev-Zaur Bəylərov zülmündən qurtarın. Bu məmurların fəaliyyəti sizin işinə xələl gətirir.

Onlar kondisionerli otaqlarda oturub camaata zülm edirlər. Cənab prezident, əlavə edim ki, böyrəyimi sataraq təhsil almışam, bu gün də kimsəsizəm, ailəmi dolandıra bilmirəm, mənə yazığınız gəlsin, məni qəbul edin”.

“Cənab prezident, yalvarıram, bərdəliləri Vidadi İsayev zülmündən qurtarın”
(Başçının fəhlələrə münasibəti...)

X.Salmanzadə sonda bildirib ki, əgər problemi araşdırılıb tədbir görülməsə, V.İsayev təhdidlərə, təzyiqlərə son qoymasa özünü Bərdə RİH-nin qarşısında yandıracaq:

“Mən növbəti həftəyə kimi gözləyəcəm və əgər şikayətim araşdırılmasa uşaqlarımla icra hakimiyyətinin qabağına gəlib özümü yandıracam.

Ona görə də cənab prezident, tək pənahım, ümidim Sizsiniz. Sizə acizanə şəkildə yalvarıram ki, tədbir görün, məni və bərdəliləri Vidadi İsayevin zülm-zillətindən xilas edin”.



Ulus.Az



Oxunub: 16264



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]