Prezidentin yeni proqramının şok sirri: Rüşvətxor məmurların həbsi başlanır - Təcili

Rüşvətxor məmurların həbsi başlanır
2017-ci ildə Azərbaycanda korrupsiya və rüşvətxorluqla mübarizə üzrə yeni Dövlət Proqramı qəbul ediləcək

Ulus.Az xəbər verir ki,
bu proqram çərçivəsində rüşvətə qarşı mübarizə sərtləşdiriləcək.

Hətta korrupsiyaya yol verən idarə müdirləri, şöbə rəisləri, ayr-ayrı məmurların həbsi gözlənilir. Əslində, zaman-zaman rüşvətxorlar ifşa edilir.

Rüşvətlə mübarizə "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.

Planda qeyd edilib ki, eləcə də xarici vəzifəli şəxslərin rüşvətxorluğuna qarşı mübarizəyə dair Konvensiyaya qoşulmaq imkanları öyrəniləcək.

Rüşvətxorluqla mübarizə məqsədilə həmçinin dövlət satınalmaları üzrə vahid sistemin yaradılması və bütün dövlət orqanlarının bu sistemə qoşulmasının təmin edilməsi planlaşdırılır.

Azərbaycanda korrupsiyaya qarşı mübarizənin və islahatların miqyası genişlənir. Hüquq-mühafizə orqanları vətəndaşların şikayət və müraciətlərinə xüsusi həssaslıq nümayiş etdirir. Gəncə Musiqi Kollecində tələbələrdən rüşvət yığılması ilə bağlı keçirilən əməliyyat növbəti dərs idi.

Əslində, 2011-ci ildən korrupsiyaya qarşı mübarizə tədbirləri sərtləşdirilib. Son zamanlarda isə rüşvətə qarşı mübarizə daha da gücləndirilib, ölkədə gedən sosial-iqtisadi islahatların tərkib hissəsinə çevrilib.

Ulus.Az xəbər verir ki, həbslər dalğasının geniş vüsət alacağı bildirilir. Təhsil, səhiyyə şöbələrində, komitələrdə, yerli idarələrində, nazirliklərin regional qurumlarında yoxlamalar olacağı xəbər verilir.

Ölkədə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətidir və antikorrupsiya təcrübəmiz öz innovativ xarakteri ilə seçilir.

Xüsusən gömrük və vergi sahələrində şəffaflığın artırılması və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə ölkə iqtisadiyyatını stimullaşdıran islahatlar həyata keçirilir.

Eyni zamanda həyata keçirilən antikorrupsiya islahatları Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi İnkişaf və Əməkdaşlıq (OECD) təşkilatının Antikorrupsiya Şəbəkəsi və BMT-nin müvafiq alt qurumları tərəfindən yüksək qiymətləndirilib.

Korrupsiyaya şərait yaradan səbəblərin meydana çıxmasına imkan vermək lazım deyil. Bunun üçün də qanunvericilik bazası daha da möhkəmləndirilir.

Demək olar ki, bu istiqamətdə mühüm işlər görülüb. Bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycanda korrupsiyaya qarşı sistemli şəkildə mübarizə aparılır.

Artıq əhalinin korrupsiyaya qarşı dözümlülük səviyyəsi də kifayət qədər yüksəkdir. Burada ictimai təşkilatların, medianın rolunu da xüsusilə qeyd etmək lazımdır.

Ulus.Az



Oxunub: 13120



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]