Prezidentdən göstəriş - 400 minlik toy, 14 yaşlı “Porşe”li qatil, itlərə toy cəzası!!!

Prezidentdən göstəriş
Son dövrlər baş verənlər cəmiyyətdə bir aqressiyaya səbəb olur. Əlbəttə ki, cəmiyyətin hiddətini qazanan hadisələr ölkə rəhbərliyinin diqqətindən kənarda qala bilməz.

Ulus.Az-ın məlumatına görə,
prezident İlham Əliyev ölkədə ictimai qınaqla qarşılanan və qəzəb doğuran bəzi əndazəsiz hərəkətlərlə bağlı ölçü götürməkdədir.

400 minə toy edən məmur, itinə toy təşkil edən biznesmen, 14 yaşlı oğlu 200 minlik maşınla 2 uşaq anasını vurub öldürən iş adamı...bütün bu olaylar dövlət başçısının diqqət mərkəzindədir.

Baxmayaraq ki, indi İslamiada yarışları keçirilir və beynəlxalq diqqət Azərbaycana yönəlib. Buna rəğmən prezident xalqın qüruruna toxunan, əndazəni aşan, qırmızı xətti keçən şəxslər barəsində tədbirlər görülür, dövlət başçısı göstərişlər verir.

Lakin bu bir faktdır ki, dəfələrlə qudurğan məmur və ya zəng övladları bu cür faciələr və ya cinayətlər törədir, qanunlara tabe olmur, hətta bəzən polis əməkdaşlarına əl qaldırırlar.

Ölkə prezidenti də dəfələrlə bu mövzuya toxunmuş, öz çıxışlarında məmurlara, zəngin şəxslərə səslənərək, onlara xəbərdarlıq edib, bildirib ki, zəngin iş adamı olmaq heç kimə, heç kimin övladına, yaxınlarına harınlıq etmək, qanunları saymamaq imtiyazını vermir. Lakin göründüyü kimi, bu cür faktlar xəbərdarlıqlardan sonra belə səngimir. Bəs cəmiyyəti zənginlərin qudurğan övladlarından necə qorumaq olar?

Ulus.Az-ın məlumatına görə, prezident İlham Əliyev daha sərt tədbirlər görməyi tapşırıb.

Birmənalı olaraq kəskin şəkildə bunun qarşısını almağın yollarını axtarmaq lazımdır. Təsəvvür edin ki, sel gəlir, oturub fikirləşirlər ki, bu sel niyə gəlir. Bu da sosial bəla, seldir gəlib.

Dərhal qarşısını almağın yolu bundan ibarətdir ki, bununla bağlı elmi əsasların fəaliyyət proqramı hazırlanmalıdr.

Orda da nəzərdə tutulmalıdır ki, kompleks işlər necə görülməli, maarifləndirmə işləri necə aparılmalıdır, qanunvericilikdə necə olmalıdır, ziyalılar, mətbuat bu məsələdə nə kömək edə bilər və sairə.

Ümumiyyətlə, ölkədə maddi dəyərlərin get-gedə daha aktiv rol oynamasının qarşısı təcili SOS siqnalı şəkildə alınmalıdır. Bunun üçün də ortada ciddi humanitar siyasət olmalıdır.

Ölkədə humanitar siyasət elə dəyişməlidir ki, insanların təhsilə marağı artsın. Əgər mənəvi dəyərlərə maraq artsa onda avtomatik olaraq təhsilə də maraq artacaq. Hazırda isə maddi dəyərlərə maraq daha çoxdur, özləri bu istiqamətdə nümayiş edirlər.

Tez-tez eşidirik ki, zəngin övladları pul verib xaricdə oxuyurlar və elə xaricdə də özlərini qudurğan aparır, bununla yanaşı ölkəmizin də adına, imicinə xələl gətirirlər.

Ulus.Az



Oxunub: 18047



Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]