"O, general Çovdarovun adını çəkirdi" - “AMAY Abdulla”nın “arvadı”nın işi

"O, general Çovdarovun adını çəkirdi"
Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Aygün Akimova ilə birlikdə İlham Baxışov da həbs edilib

Musavat.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə ötən iclasda ifadə verən zərərçəkmiş Afət Hüseynova sualları cavablandırıb.

O, bildirib ki, Aygün Akimova özünü nüfuzlu şəxslərdən birinin arvadı kimi təqdim edərək onun etibarını qazanıb: “Həm də deyirdi ki, MTN-də işləyirəm. General Akif Çovdarovun adını çəkirdi. Hər gün saat 7:45-də taksiyə minib qaçırdı ki, 8-də nazirlikdə iclasda olmalıyam”.

Təqsirləndirilən Aygün Akimovanın vəkili zərərçəkmiş Afət Hüseynovaya sual verərək bu işlə bağlı MTN-ə müraciət edib-etməməsini soruşub: “Siz MTN-ə müraciət etmişdiniz ki, sizin belə polkovnikiniz var?”

Afət Hüseynova suala belə cavab verib: “Bəli. Mən nazirliyə müraciət edib dedim ki, belə bir adam mənim bütün əmlakımı ələ keçirib”.

Zərərçəkmiş Hüseynova suala cavabının davamında deyib ki, Aygün Akimova onu Neft Akademiyasının yanına apararaq 2 milyon 200 min manat dəyəri olan obyekt göstərib: “Bir obyektə baxdıq. Mənə dedi ki, “burada hamı MTN işçisidir. Heç kimin üzünə baxma. Mənə dedi ki, 2 milyon 200 minə alıram. Sənin də nə qədər pulun varsa, gətir”. Mən də axırıncı 186 minimi aparıb verdim. Rəşid Behbudov küçəsindəki evimi də öz adına almışdı. Sonradan üstü açıldı. Mən Aygünün soyadını Əliyeva bilirdim. Amma evin sənədlərinə baxanda gördüm ki, Akimova yazılıb. Deyirdi ki, onların 2-3 şəxsiyyət vəsiqəsi var. Onu bir dəfə MTN-dən çıxanda maşınla da götürmüşəm. Bu da məni inandırırdı”.

Təqsirləndirilən Aygün Akimova isə çıxışında zərərçəkmiş Afət Hüseynovanın yalan danışdığını deyib: “Afət deyirdi ki, əri Zakir onu hədələyir. Ərinin içki düşkünü olduğunu deyib məndən kömək istəyirdi. Ev mənim evim idi. Mənə qarşı dedikləri də yalandır”.

Afət Hüseynova təqsirləndirilən Aygün Akimovaya sual verib: “Əgər ev sənin idisə, mən də sizdə qalırdımsa, sənin ailən harada qalırdı?”
Aygün Akimova isə bu suala cavab vermək istəmədiyini bildirib. Digər zərərçəkmiş Natəvan Şahverdiyeva da məhkəmədə ifadə verib.

O, deyib ki, Aygün Akimova müxtəlif üsullarla onun etibarını qazanıb: “Tanış olanda mənə dedi ki, niyə kirayədə yaşayırsan? Bildirdi ki, ev tikirik, gəl sənə ev alaq. Binəqədidə məcburi köçkünlər üçün tikilən binadan 4 ev almaq üçün ona bir ev üçün 15-18 min manat verdim. Bütün qızıllarımı, pullarımı ona verdim. Aygünlə o qədər səmimi olduq ki, ona inandım”.

Afət Hüseynova mağazasında olan mallarının, evinin, maşınının və yeni mağaza almaq üçün pullarının ələ keçirildiyini deyir. Afət Hüseynova 800 min manata qədər zərər çəkdiyini qeyd edir.

Növbəti məhkəmə prosesi mayın 18-nə təyin edilib.

Qeyd edək ki, Aygün Akimova Cinayət məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinir.

Xatırladaq ki, Akimovanın iki övladının atası naxçıvanlı iş adamı “AMAY Abdulla”dır. Ancaq iş adamı ifadəsində deyib ki, Akimova onun şirkətində xadimə işləyib. Uşaqlarının atası olmadığı üçün onların doğum haqqında şəhadətnamələrinə öz adının yazılmasına razılıq verib.

Ulus.Az




Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
  • Aktual

  • Sizin reklam yeriniz

  • Ən çox oxunanlar

  • Sizin burada reklamınız ola bilər

Direktor: Xəyyam Salmanzadə
Tel: (050) 210-27-35
E-mail: [email protected]